“Beşiktaş”ın baş məşqçisi: “Bu, məni çox sevindirir"

“Beşiktaş”ın baş məşqçisi: “Bu, məni çox sevindirir\"

İDMAN

Bugün, 00:12

Türkiyə  Super Liqasının 9-cu turunda “Beşiktaş”ın “İstanbul Başakşehir”la qarşılaşmadan 2-0 hesablı qələbəsində baş məşqçi Vinçenzo İtaliano jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu matçda da əsas oyunçular müxtəlif səbəblərdən forma geyinə bilməsələr də, mühüm qələbə qazanıblar:

 "Düşünürəm ki, komanda bu gün möhtəşəm çıxış etdi. Komandadan çox məmnunam. Əsas oyunçular olmadan belə qələbə bizim üçün vacibdir. İkinci hissədə səbirli olmalı idik, olduq da. Şanslar yaratdıq, qol vurduq və iki hücumçuya keçərkən nə qədər təhlükəli olduğumuzu göstərdik. Bu gecə burada çox xoşbəxtəm."

Baş məşqçi turnir cədvəlinin zirvəsində qalmaq üçün  hər matça qələbə əzmiylə çıxacaqlarını bildirib: “Hər matçda qalib gəlmək üçün konsentrasiyanız ən yüksək səviyyədə olmalıdır. Bu gün əla və keyfiyyətli oynadıq. . Bu, məni çox sevindirir"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR