Braziliyada seçki gərginliyi: rəqib namizəd nəticələri tanımadı

Braziliyada seçki gərginliyi: rəqib namizəd nəticələri tanımadı  

DÜNYA

Bugün, 00:20

Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gələn 81 yaşlı ali təhsili olmayan Luiz İnasio Lulanın rəqibi Flavio Bolsonaro nəticələri tanımayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qələbəsini bayram edən Silvaya tələsməməyi məsləhət görüb.

Bildirib ki, seçkiyə hiylə olunub, saxtakarlıq halları var: “Bu səbəbdən nəticələrin ləğvi ləğvi üçün məhkəmə orqanlarına müraciət olunacaq”

Bolsonaro seçkidə daha bir qanun pozuntusunu isə Federal Ali Məhkəmənin (STF) hakimi Kristiano Zaninin səsvermə müddətinin 2 saat uzadılması barədə qərarı ilə əlaqələndərib: “Bu, baş verənlər normal vəziyyət deyil. Bu, qəbuledilməzdir. Seçki tariximizdə ilk dəfə olaraq oyun qaydaları birdəfəlik dəyişdirildi. Müxtəlif ştatlarda braziliyalılar arasında bərabərlik prinsipi tamamilə pozuldu. Seçki qutularının açılmadığı ştatlarda nə qədər səs aldığımı heç vaxt bilməyəcəyəm. Seçkiləri bu şəkildə tanımaq mümkün deyil. Nəticələrin ləğvi üçün sarsılmaz mübarizəmiz davam edəcək”.

Xatırladaq ki, bülletenlərin 99,89%-i sayılıb və Lula da Silva 51,77%, keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro isə 48,23%-ni toplayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR