İran Baş Qərargahı: "Əvvəlki dövrlərlə müqayisədə daha yüksək hazırlıq səviyyəsindəyik"

İran Baş Qərargahı: \"Əvvəlki dövrlərlə müqayisədə daha yüksək hazırlıq səviyyəsindəyik\"

DÜNYA

Bugün, 00:12

“ABŞ Prezidenti Donald Tramp mətbuata tez-tez Hörmüz boğazının açıq olduğu iddia edir. Ancaq iddiaların əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır”.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri İran Baş Qərargah rəisi Abdullahi Hörmüz boğazının sahilində yerləşən hərbi bölmələri yoxlamada olarkən deyib.

O bildirib ki, İnqilab Keşikçiləri Korpusu Fars körfəzi sahilləri, adalar və Hörmüz boğazı üzərində nəzarətə sahibdir: “Bölgə İran qüvvələrinin tam nəzarət altındadır. İranın təyin etdiyi marşrutdan kənarda Hörmüz boğazından keçməyə çalışan hər hansı bir gəmi öz təhlükəsizliyini riskə atacaq. İran Silahlı Qüvvələrinin bölmələri əvvəlki dövrlərlə müqayisədə daha yüksək hazırlıq səviyyəsindədir və müasir avadanlıqlarla təchiz olunub”.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR