Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO

Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO

GÜNDƏM

Bugün, 21:35

Bu gün Bakıda - Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının rəsmi açılışı olub.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar.

Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir.

Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Oktyabrın 25-də də davam edəcək festivalda gün ərzində müxtəlif əyləncə proqramları, estrada ulduzlarının konsertləri də təşkil olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR