SAHİBKARLARA VERGİ GÜZƏŞTİ... - Prezident bir sıra qanunları dəyişdi + Detallar
İQTİSADİYYAT
Bugün, 12:26
Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklikləri imzalayıb.
Mia.az xəbər verir ki, sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda vergi ödəyicisinin iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizi azı 3 il ərzində gəlir və mənfəət vergisindən azad ediləcək.
Əvvəlki qanuna görə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir və mənfəət vergisindən azad idi.
Bu müddət 3 ildən 7 ilə qaldırılıb.
Gəlir və mənfəət vergisindən azad olma aşağıdakılara da şamil ediləcək:
- "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
- Yuxarıda göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
- royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər - 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;
- vençur kapitalı fondları tərəfindən "Startap" şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə.
Layihəyə əsasən, müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın vergi tutulan ümumi gəlirindən çıxılacaq:
- fərdi sahibkarın gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) 50 faizindən çox olmamalıdır;
- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);
- əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır;
- investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə fiziki şəxsin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
- sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.
Qanuna görə, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə "Startap" şəhadətnaməsi almış şəxslərə, sənaye və texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılacaq. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 2,5 əmsal tətbiq edilməyəcək. Bu maddədə nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, habelə texnoloji və sənaye uğursuzluqların nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilməyəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kəmaləddin Heydərov Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsini özünə köməkçi götürdü
Bugün, 15:02 SİYASƏT
-
Bakı Dövlət Universitetində yeni Mərkəz yaradılıb
Bugün, 15:00 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
Bugün, 14:46 KRİMİNAL
-
Vüsal Aslanova müavin təyin olunub - Zaur Nağıyevlə bağlı maraqlı məlumatlar
Bugün, 14:24 CƏMİYYƏT
-
"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"
Bugün, 14:02 DÜNYA
-
Zelenski və atəşkəsin qiyməti: taktiki geri çəkilmə, yoxsa gələcək strategiyası? - Üç mümkün ssenari... (TƏHLİL)
Bugün, 13:51 SİYASƏT
-
Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir
Bugün, 13:41 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
Bugün, 13:25 GÜNDƏM
-
"AzerGold"da dəyişiklik - Şöbə müdiri vəzifədən ayrıldı
Bugün, 13:13 İQTİSADİYYAT
-
"Taxt Oyunları"nın məşhur aktyoru İstanbulda: "Gözlərim doldu"
Bugün, 13:05 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev yeni fərman imzaladı - Dəyişiklik
Bugün, 12:53 GÜNDƏM
-
PAŞİNYANDAN SÜLH MESAJI: "Müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq"
Bugün, 12:52 GÜNDƏM
-
SAHİBKARLARA VERGİ GÜZƏŞTİ... - Prezident bir sıra qanunları dəyişdi + Detallar
Bugün, 12:26 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad olunub - SƏRƏNCAM
Bugün, 12:14 GÜNDƏM
-
BU RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam + FOTO
Bugün, 12:10 GÜNDƏM
-
Gürcüstanda jurnalist saxlanıldı
Bugün, 12:05 İDMAN
-
"Şirkətin əsl sahibi Etibar Pirverdiyevin qəzəbinə tuş gəlmişəm" - Məhkəmə qalmaqalı
Bugün, 11:46 CƏMİYYƏT
-
Milli Məclis bəyanat yaydı
Bugün, 11:43 SİYASƏT
-
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq
Bugün, 11:31 İQTİSADİYYAT
-
Kürdəmirdə magistral su borusu partlayıb - Rayon mərkəzi və 6 kənd susuz qalıb
Bugün, 11:24 CƏMİYYƏT
-
Türkiyədə qalmaqallı fond araşdırması davam edir - Keçmiş deputat da tutulub
Bugün, 11:15 DÜNYA
-
Əli Əsədov daha bir qərar imzalayıb
Bugün, 11:09 İQTİSADİYYAT
-
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi
Bugün, 11:02 GÜNDƏM
-
Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin mətbuat katibi bəlli oldu - O, kimdir?
Bugün, 10:55 SİYASƏT
-
Həyatınız tamamilə dəyişəcək: Yalnız üç BÜRC üçün 6 illik yeni dövr başlayır
Bugün, 10:41 CƏMİYYƏT
-
Bakıda 2 yaşlı qız su kanalında boğulub
Bugün, 10:41 CƏMİYYƏT
-
Sahil Babayev: "Bu, dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır"
Bugün, 10:14 İQTİSADİYYAT
-
İşini Komitədən "aşırmaq" istədi, bir milyonu "Topaz"da getdi
Bugün, 10:07 CƏMİYYƏT
-
Aqrar Sığorta Fondunda yeni təyinat olub
Bugün, 09:24 İQTİSADİYYAT
-
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bugün, 09:15 İQTİSADİYYAT
-
"Real Madrid" Almaniya komandasını da məğlub edib
Bugün, 01:26 İDMAN
-
Okan Buruk: "Bu qələbə çox mühümdür"
Bugün, 01:16 İDMAN
-
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
Bugün, 00:39 CƏMİYYƏT