Dövlət Neft Fondu hesabat açıqladı

 Dövlət Neft Fondu hesabat açıqladı

İQTİSADİYYAT

Bugün, 11:10

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 0,6 % çoxdur.

Mia.az xəbər verir ki, yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən neft-qaz gəliri 8 milyard 740,6 milyon manat, idarəetmə gəliri isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681,2 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 1 milyard 874 milyon manat təşkil edib.

9 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 570,6 milyon manat, "Şahdəniz" yatağından isə 565,1 milyon manat vəsait daxil olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 3,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 21,9 milyon manat, beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2,2 milyon manat, idarəetməyə isə 25,5 milyon manat xərcləyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR