Pakistandan Səudiyyə Ərəbistanına dəstək mesajı: "Biz burada "əgər" və ya "amma" kimi sözlərin arxasına sığınmayacağıq"

Pakistandan Səudiyyə Ərəbistanına dəstək mesajı: \"Biz burada \"əgər\" və ya \"amma\" kimi sözlərin arxasına sığınmayacağıq\"

DÜNYA

Bugün, 09:34

Səudyyə Ərəbistanının Yəməndəki Husilərlə savaşına ona hərbi dəstəyni açıq verən Pakistan ordusu növbəti bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Ordusunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri "Müstəqil Ərəbistan" platformasına müsahibə verib.

Çaudri bildirib ki, Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi Pakistan üçün böyük əhəmiyyət kəsb edir. O, Ərəbistandakə dünya müsəlmanlarının müqəddəs yerlərinin təhlükəsizliyi ilə bağlı məsələlərin Pakistan ordusunun qarşısında sual doğurmadığını bildirib: "Biz burada "əgər" və ya "amma" kimi sözlərin arxasına sığınmadan gərəkli hərbi gücü tətbiq edərik. Müqəddəs yerlər hər hansı bir formada müzakirəyə açıq deyil və Pakistan üçün qəti və qırmızı xəttdir. Bu məqsədlə Husi hücumlarına qarşı bütün lazımi dəstək təmin edilir və bu, davam edəcək".

Xatırladaq ki, Pakistan, Türkiyə və Səudiyyə arasında avqust ayında "Məkkə Birgə Müdafiə Sazişi" imzalanıb.

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR