Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxslə bağlı qərar verildi

Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxslə bağlı qərar verildi

KRİMİNAL

Bugün, 12:09

Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı daha bir şəxs həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da şübhəli şəxs qismində müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR