"Ölkəni devirməyə çalışanlar məsuliyyətə cəlb olunmalıdır"

\"Ölkəni devirməyə çalışanlar məsuliyyətə cəlb olunmalıdır\"

DÜNYA

Bugün, 10:36

"Ölkəni dağıdanlar bunun əvəzini mütləq ödəməlidir. Respublikanı devirməyə çalışanlar var, onlar məsuliyyətə cəlb olunmalıdır".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ölkəsində davam edən kütləvi etirazlara münasibətdə deyib.

"Sarı Jiletlilər"in yenidən etirazı və bəzi etirazçıların mülki və şəxsi obyektlərə basqınlarından sonra xalqa televiziya ilə müraciət edən Emmanuel Makron Parisdəki zorakılığı qınayıb: "Ölkənin nizam-intizam və sakitliyə ehtiyacı var. Bütün siyasi partiyaları və həmkarlar ittifaqları zorakılığı qınamalıdır. Dağıdılabn və ya zərər verilən biznes sahələri və obyektlərə  tez bir zamanda dəstək veriləcək. Ümid edirəm ki, ölkənin güc qurumları və kəşfiyyatı bundan  lazımlı nəticələr çıxaracaq. Eyni zamanda, təkrar edirəm, talançılıqla məşğul olanlara ziyanı ödətdirilməlidir. Heç kim məsuliyyətdən qaça bilməz".

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR