Partiya funksioneri Əli Kərimliyə "xəyanətkar" dedi

img

20-10-2014 [15:47]


"Ölkə Prezidenti İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, o cümlədən NİDA-çı gənclərin səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv Fərmanı imzalayıb. Prezidentin bu addımını bir sıra müxalifət partiyaları kimi, BAXCP də müsbət hesab edir. Ancaq bu gəncləri ölkədə pozuculuq aktları törətməyə vadar edən, onlardan istifadə edərək beynəlxalq təşkilatlardan qrant alan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Xədicə İsmayıl prezidentin humanistliyini görməzlikdən gəlib, azadlığa çıxan gənclərlə görüşmədilər”. 


Bu fikirləri BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı NİDA-çıların azadlığa buraxılmalarından sonra bir sıra müxalifət partiyalarının həmin gəncləri hədəfə alaraq, tənqid etmələrinə münasibət bildirərkən deyib.

Niyaməddin Orduxanlının sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, bu insanlar qeyri-səmimi və saxtakardılar: "Bir neçə gün əvvəl Əli Kərimli mitinq keçirərək özünü öldürürdü ki, gənclərin azadlığa çıxmasını istəyirəm. Bu həmin gənclərdir ki, sənin kimilərinin təsiri altına düşdü. Sizlər bu gənclərin günahına girmisiniz. Məhz sizlər bunları aldadıb, yağlı vədlər verib "tezliklə hakmiyyətə gəlirik, sizlər vəzifə sahibi olacaqsınız” demişdiniz. Bəs indi niyə bu gənclərin görüşünə getmədiniz? Sizin mahiyyətiniz budur. Bütün günü "siyasi məhbus" deyə beynəlxalq təşkilatlara danosçuluq edənlər bir il ərzində bir dəfə də olsun bu gəncləri həbsxanada ziyarət belə etmədilər. İndi də susdular”.

BAXCP sədrinin müavini bildirib ki, bu hadisədən başqa gənclər də nümünə götürməlidilər: "Bu gün Əli Kərimlinin yanında olan 5-10 gənc baş verən hadisədən ciddi nəticələr çıxartmalıdılar ki, bu siyasətin qurbanı olmasınlar. Əli Kərimlinin bu münasibəti bir gün onlar üçün də olacaq. Əli Kərimli sizlərdən istifadə edib beynəlxalq təşkilatlardan qrant alaraq, oğlunu İngiltərədə oxutdurdu, yaxşı şəraitlə təmin etdi. Əli Kərimlinin keçmişi ilə maraqlansaz görərsiniz ki, Milli azadlıq hərəkatının lideri Əblüfəz Elçibəyə bunun qədər xəyanət edən olmayıb. Bu adam Azərbaycan siyasətinin xəyanət simvoludur. Vaxtilə Əli Kərimli Ulu Öndərə yalvarırdı ki, onu hansısa ölkəyə səfir təyin etsin. Heydər Əliyevin ona olan inamsızlığına görə, bu gün olub "müxalifət”. Əslində onu tanıyan adamlar yaxşı bilir ki, hakimiyyət Əli Kərimliyə qarşı loyal münasibət göstərsə, bu adam köhnə peşəsinə qayıdacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA