ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi

ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi 

GÜNDƏM

Bugün, 19:54

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına hücumları "utancverici" adlandırmasına cavabı gecikməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ukraynanın yalnız öz ölkəsini qorumağa çalışdığını deyib.

Zelenski bildirib ki, Rusiya Trampın enerji atəşkəsi anlaşması barədə bəyanatından sonra da Ukraynanın enerji sahələrini və mülki obyektlərini vurub: "Ukrayna da özünü qorumaq hüququ var. Ukrayna ordusu bu məqsədlə müharibə maşınının lokomotivini təşkil edən neft zavodlarına cavab zərbələri endirməyə məcburdur".

Xatırladaq ki, Vaşinqton və Kiyev arasındakı fikir ayrılığı son iki gündə daha da dərinləşib. İş o yerə çatıb ki, ABŞ Ukrayna ordusunun rabitə əlaqəsi üçün vacib olan Starlink peyk internet şəbəkəsinə girişi belə məhdudlaşdırıb.

Zelenski ABŞ-ın bu addımını, yəni, dünən gecədən başlayaraq internetin sürətinin minumuma endirməsini "çox təhlükəli və xoşagəlməz bir sürpriz" adlandırıb: "Təəssüf ki, bağlantı sürəti hələ tam normala dönməyib".

Onun sözlərinə görə, peyk internet xidmətinin dayandırılmasından sonra Rusiyanın Ukraynaya hücumları daha da intensivləşib: "Hətta hücumlardan əvvəl sakinlərə vaxtında hər zaman olunan xəbərdarlıqları belə indi edə bilmirik"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR