Nəhəng ilanların kabusu ortaya çıxdı

 Nəhəng ilanların kabusu ortaya çıxdı

DÜNYA

Bugün, 19:00

ABŞ-ın Florida ştatındakı Everglades bataqlığına buraxılan və illər ərzində təbii mühiti pozan işğalçı Birma pitonları üçün gözlənilməz düşmənlər ortaya çıxıb.

Ma.az xarici mətbuata istinadla xəbər verir ki, marallardan yenota qədər bir çox heyvanı ovlayan nəhəng ilanlar indi bölgənin yerli yırtıcılarının hədəfinə çevrilib.

Araşdırmaya əsasən, pitonların yayılmasından sonra yenotun nəsili bölgədə  99,3 faiz, ağquyruq maralların sayı isə təxminən 94 faiz azalıb: "İndsə bəlli olub ki, bu Birma pitonlarının qənimi də var. Artəq su mokasinləri, bəzi yerli məməlilər və vaşaq təxminən 3 metr uzunluğunda yetkin Birma pitonunun amansızlıqlarına qarşı sanki birləşib. Bu günlərdə bir vaşaqın azı 42 piton yumurtasını məhv etməsi müşahidə olunub"

Məlumada deyilir ki, Birma pitonları ABŞ-a vaxtilə ticarət məqsədiylə gətirilib. O axtı balaca ölçüdə alınan, lakin böyüdükcə baxımı çətin olan ilanlar daha sonra vəhşi təbiətə buraxılıb. Bu isə Floridada invaziv populyasiya yaradıb. Zaman keçdikcə pitonlar Everglades bataqlığına yayılaraq bölgənin təbii həyatına ciddi təsir göstərib. Yenotlar, dovşanlar və marallar bu nəhəng ilanların əsas yem mənbəyi olub. Alimlər yaranmış vəziyətlə bağlı həyəcan təbili çalsalar da, görünür, indi təbiətinözü hər şeyi nizamlayır..

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR