Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...

Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...

GÜNDƏM

Bugün, 17:55

Bolqarıstan NATO-dan raket sistemləri, qırıcılar və dron əleyhinə müdafiə dəstəyi istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sofiya administrasiyası bunu Qara dənizdəki ticarət gəmilərinə olan droan hücumlaır ilə əlaqələndirib.

Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib ki, hücumların artmasından sonra ölkəsinin müdafiə qabiliyyətlərini gücləndirmək üçün NATO-dan dəstək istəyiblər: "NATO-nun baş katibi Mark Rutte və Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) Aleksus Qrinkeviçlə danışdıq. Rumıniya ərazi sularına hücumlar Bolqarıstan ordusunun modernləşdirilməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Bolqarıstan NATO-dan təyyarə, raket sistemləri, PUA əleyhinə müdafiə sistemləri və hava patrulları baxımından dəstək istəyib".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR