“Qubad İbadoğlu özü istefa versin” - Osman Kazımov

img

20-10-2014 [10:09]


"Çox maraqlıdır ki, niyə başqanlığa namizəd Qubad İbadoğlu istefa vermir, ayrı-ayrı şəxslər istefa verir”.

Bunu özünün Facebook səhifəsində Müsavat Partiyasının divan üzvü Osman Kazımov yazıb.

O bildirib ki, Müsavat Partiyası öz kursundan dönməyəcək və heç bir istefa məsələsi olmayacaq: "İlk olaraq pozuntulardan danışırdılar. İndi Arif Hacılını istefaya çağırırlar. Əvvəlcə Aslan İsmayılov dedi. 2003-cü ildə insanları Azadlıq meydanında vəhşiliklə şil-küt edəndə Aslan İsmayılov ANS-ə çıxıb həmin insanları ixtişaşçı adlandırmışdı. Çox təəssüf ki, bəzi əqidədaşlarımız düşünmədən həmin şəxslərin dediyini təkrarlayır. Yaxşı bəylər sizlər Müsavatdan gedirsiniz. Gedin, yolunuz açıq olsun. Amma Qubad İbadoğlu gələcəkdə kimə güvənib yenidən namizədliyini verəcək?”.

O.Kazımov onu da əlavə edib ki, gedən prosesləri nəzərə alıb heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA