"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
SİYASƏT
Bugün, 14:48
Oktyabrın 12-də Bakı və ətraf qəsəbələrdə keçirilən hicab aksiyaları bizə göstərdi ki, bu, nə sadə valideyn narahatlığı, nə də vətəndaşın sivil etirazıdır.
Əksinə, aksiyaların keçirildiyi ərazilər, aksiyalara mütəşəkkil və təşkilatlanmış qatılım, həmçinin öncədən hazırlanan plakatlar prosesin arxasında İran faktorunun olduğunu göstərdi. Şübhəsiz, aksiyalarda, birmənalı şəkildə, hər kəs İranın təsir dairəsində olan şəxslər deyildi. Lakin necə deyərlər, qurunun hesabına yaş da yandı. Yəni övladının təhsili ilə bağlı narahatlıq keçirən bir çox valideyn bilmədən bu planın parçasına çevrildi.
Bəs hicab mövzusunda Azərbaycana təzyiq edən, ölkəmizin daxili işlərinə müdaxilə etmək istəyən yeganə ölkə İrandırmı?
Təəssüf ki, xeyr!
Medalyonun bir üzü İrandırsa, digər üzü də müttəfiqimiz, qardaşımız Türkiyədir. Daha doğrusu, Türkiyədəki bəzi dairələr İrandan daha betər, daha təhlükəli təhdidə çevrilib.
Məsələyə ən başdan başlamaq lazımdır. Həmin vaxt hələ Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı belə yox idi.
Məlum olduğu kimi, BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsinə qarşı Türkiyənin sosial şəbəkə seqmentində kampaniya başlandı. Yenə ölkəmizə, xalqımıza, ölkə rəhbərliyinə qarşı kin və nifrət püskürüldü, təhqiramiz ifadələr səsləndirildi.
Məsələ sosial şəbəkələrin Türkiyə seqmentində çox geniş müzakirə edildi. Ən pisi isə AKP-nin kurasiyasında olan bir çox media resursunun bu məsələni daha çox qabartması və hadisənin müsəlman ərəb ölkələrinin mətbuatına da daşınması idi.
Nazirlər Kabinetinin məktəbli geyimləri ilə bağlı qərarından bir neçə saat sonra bu dəfə Türkiyə mediası Azərbaycanda “hicab qadağan edildi” başlıqlı xəbərlərlə kampaniyanın ikinci dalğasına başladı. Paralel olaraq, ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən konsulluğunun önündə aksiya keçirdi.
Proses bu gün də davam edir. Belə ki, Türkiyə mətbuatının təqdim etdiyi məlumatlara əsaslanan ərəb və İslam ölkələrinin mətbuatı hadisələri Türkiyə tərəfinin təqdim etdiyi kimi işıqlandırır. Beləcə, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə endirilməyə çalışılır.
Məsələyə daha geniş aspektdən baxdıqda mənzərə belədir: İran anti-Azərbaycan kampaniyasının daxili qanadını idarə edir. Öncədən hazırlanmış plakatlar və təsir dairələri uşaqları önə ataraq daxildə çaxnaşma, vətəndaş-dövlət qarşıdurması olduğu təəssüratını yaradır. Kampaniyanın xarici qanadını isə Türkiyədəki dairələr idarə edir. İstər ÖZGÜR-DER kimi təşkilatlar, istər geniş auditoriyaya çıxış imkanı olan media, istərsə də sosial şəbəkələrdəki troll və bot şəbəkələri vasitəsilə məsələ beynəlxalq ictimaiyyətə çatdırılır.
Nəticə etibarilə, bu gün Məğribdən Məşriqə qədər hamı bizdən danışır.
Onu da qeyd edim ki, Türkiyədə heç də hamı Azərbaycanda verilən qərarları tənqid etmir. Əksinə, Türkiyənin öz daxilindəki vəziyyəti görən aydın və ziyalı kəsim prosesi düzgün şərh edərək dəstəyini də nümayiş etdirir. Lakin təəssüf ki, həm İranın təsiri altında olan qüvvələr, həm də İslamı əlində bayraq edən AKP kuratorları sözün əsl mənasında ölkəmizi hədəf alıblar.
Mən əvvəldən bu düşüncədəyəm ki, Türkiyə uzun illərdir Atatürk prinsiplərindən uzaqlaşıb. Dini siyasi və şəxsi məqsədləri üçün istifadə edən qruplar və siyasətçilər ölkədə İranın ciddi təsir imkanları qazanmasına şərait yaradıblar. İranın Türkiyədəki təsir gücünü anlamaq üçün HÜDA PAR-a baxmaq kifayətdir. Bu partiya Türkiyə Hizbullahı kimi tanınır. Ən pisi isə bu partiyanın hakim AKP ilə eyni blokda olması və parlamentdə təmsil olunmasıdır. Yəni İran bizə arxa qapımızdan, can damarımızdan – qardaş əli ilə zərbə vurur.
Azərbaycan müstəqil olduğu ilk gündən İranın təsirinə qarşı mübarizə aparır. İllər ərzində bu ölkənin fitnə-fəsadına və atacağı addımlara qarşı necə mübarizə aparacağımız, başqa sözlə desək, necə cavab verəcəyimiz barədə təcrübə qazanmışıq və immunitet formalaşdırmışıq. Azərbaycan bir qrupun dilində “Allahu Əkbər” səsləndirərək, əməldə şeytani fitnələr törətməsinə boyun əyəcək ölkə deyil. Azərbaycanı həm dostları, həm də düşmənləri yaxşı tanıyır. Amma görünür onlar bizi hələ yaxşı tanımır!
İrandan və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. İctimai asayişi pozmağa yönəlib, sosial gərginlik yaratmağı hədəfləyir. Bunun qarşısı mütləq alınmalıdır.
Turan Rzayev
mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
YAP İdarə Heyəti yeni heyətlə toplanır
Bugün, 16:18 SİYASƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər
Bugün, 16:16 CƏMİYYƏT
-
Məktəbə daş atıldı, iki şagird xəsarət aldı - TƏBİB-dən açıqlama
Bugün, 16:08 CƏMİYYƏT
-
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: "Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır" + VİDEO
Bugün, 16:02 SİYASƏT
-
BU VİDEO TREND OLDU: səliqəli məktəbli geyimi, xorla oxunan himnimiz... - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Məktəb direktorunun maşınını yandıran həbs edildi - VİDEO
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."
Bugün, 15:15 SİYASƏT
-
Azərbaycan və Laos prezidentləri görüşdü, birgə bəyanat verildi, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 14:54 GÜNDƏM
-
"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
Bugün, 14:48 SİYASƏT
-
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Bugün, 14:25 SİYASƏT
-
İrandan Azərbaycana 124 kq narkotik keçirmək istəyiblər
Bugün, 14:25 KRİMİNAL
-
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Bugün, 14:18 GÜNDƏM
-
Yasamalda məktəbdə yanğın törətmək istəyən 10 və 11-ci sinif şagirdləri.. - Onlar saxlanıldı
Bugün, 14:13 GÜNDƏM
-
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Bugün, 13:58 GÜNDƏM
-
YAP BƏYANAT YAYDI, AKP İQTİDARINA ÇAĞIRIŞ ETDİ: "Bu zərərli siyasətdən çəkinin!" - "Türkiyə Prezidentin baş müşaviri, millət vəkilləri... - "Bu, Türkiyə cəmiyyətində qütbləşməni dərinləşdirir"
Bugün, 13:48 SİYASƏT
-
26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR
Bugün, 13:32 KRİMİNAL
-
ADSEA-ya yeni səlahiyyət verildi - Hökumətdən qərar verildi
Bugün, 13:17 İQTİSADİYYAT
-
Vahid büdcə təsnifatı yenilənib
Bugün, 13:06 İQTİSADİYYAT
-
Baxçalı Ərdoğanın qarşısına tələb qoydu: "Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir"
Bugün, 12:56 SİYASƏT
-
Sabiq deputat: "BANM- ın 35 Prezident təqaüdçüsü, ADNSU-nun “sıfır"" - "Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir"
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 CƏMİYYƏT
-
"Texniki tənzimləmə haqqında" qanuna dəyişir
Bugün, 12:31 İQTİSADİYYAT
-
Ermənistanda saxlanılan Nəsimi Musayevin ifadəsi yayıldı
Bugün, 12:23 SİYASƏT
-
Aqrar sahədə kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır
Bugün, 12:17 İQTİSADİYYAT
-
Klub Fərid Namazovla vidalaşdı
Bugün, 12:10 İDMAN
-
Aktrisa efirdə aktyordan "Lənətə gələsən, mən gözələmmi?" soruşdu, elə cavab aldı ki... - "Tipim deyilsən"
Bugün, 11:56 MƏDƏNİYYƏT
-
Deputat: "Azərbaycançılıq İnstitutu yaradılsın, əminəm ki..."
Bugün, 11:56 SİYASƏT
-
Prezident İlham Əliyev laoslu tələbələrə Azərbaycanda təhsil almaları üçün təqaüd təklif edib
Bugün, 11:28 GÜNDƏM
-
Məmur olmaq istəyən 1552 şəxs imtahan verəcək
Bugün, 11:22 CƏMİYYƏT
-
Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum ratifikasiya edilib
Bugün, 11:14 GÜNDƏM
-
Güclənın Azərbaycan-Kamboca əlaqələri və ya Bakıdan verilən mesajlar... - TƏHLİL
Bugün, 11:06 SİYASƏT
-
"Dövlətin gənclərin biliyini və əməyini ən yüksək səviyyədə qiymətləndirməsi..." - Məleykə Abbaszadə
Bugün, 10:45 GÜNDƏM
-
Təyyarədə taxtabiti göründü - Uçuş ləğv olundu
Bugün, 10:35 DÜNYA