26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR

26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR

KRİMİNAL

Bugün, 13:32

Dubayda 26 yaşlı sevgilisi Vilyam Treebini bıçaqlayaraq öldürməkdə ittiham olunan 23 yaşlı britaniyalı bloger  Bruk Corcun məhkəməsi təxirə salınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iyun ayından bəri həbsdə olan blogerin ailəsi həbsxana şəraitindən və telefon danışıqlarının məhdudlaşdırılmasından narahat olduqlarını bildiriblər.

Məlumatda deyilir ki, ötən gün Dubayda keçirilən məhkəmə prosesinə ittiham tərəfinin şahidləri gəlməyib. Bu səbəbdən iclası oktyabrın 28-nə təxirə salınıb: "Əgər onun cinayəti sübut olunarsa, onda edam olunacaq"

Blogerin anası bildirib ki, qızı cinayəti ruhi effekt vəziyyətdə törədib: "İndisə o, həbsxanadakı şəraitdən çox əziyyət çəkir, lazımi tibbi yardım ala bilmir, telefon danışıqları məhdudlaşdırılıb. İndi ruhi vəziyyəti dözülməz həddə çatıb...".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR