Nazir atası ilə bağlı yayılan xəbərə sərt reaksiya verdi, deputatı istefaya çağırdı: "Əgər adamsansa..."

Nazir atası ilə bağlı yayılan xəbərə sərt reaksiya verdi, deputatı istefaya çağırdı: \"Əgər adamsansa...\"

SİYASƏT

Bugün, 21:07

Türkiyənin  Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş atasının son ayların qalmaqallı fond/birja əməliyyatlarına  830 milyon türk lirəsi buraxması barədə iddilarə cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün Türkiyə Böyük Millət Məclisində Yeni Partiyanın İzmirdən deputatı Ümit Özlalenin atası barədə sözlərini əsassız sayıb: Nazir iddia edib ki, Türkiyə Böyük Millət Məclisində deputatın yalan danışması qəbuledilməzdir: "Əgər o, adamdırsa, mandatından istefa verməlidir. O deputat adların oxşarlığına əsaslanaraq atamın adını hallandırıb. Hansı ki, həmin ad-soyad oxşarlığı olan adam Bartında yaşayır, atam isə Konyada qeydiyyatdadır".

Nazir bildirib ki, deputatı böhtana görə məhkəməyə verəcək: "Bu cür böhtanlardan, yalanlardan və ləkələyici siyasətdən bezmişik. Bura Türkiyə Böyük Millət Məclisidir, yalan və böhtan məkanı  deyil. Heç kimin ad oxşarlığına əsaslanaraq insanları nüfuzdan salmaq hüququ yoxdur".

F.SƏFƏRLİ

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR