Cənubi Koreya ilə Ukrayna arasında gərginlik - Rəsmi Kiyevə üzr tələbi var

Cənubi Koreya ilə Ukrayna arasında gərginlik - Rəsmi Kiyevə üzr tələbi var

DÜNYA

Bugün, 09:50

"Ukrayna bizdən rəsmən üzr istəməlidir. Əks halda Kiyevə qarşı əlavə real tədbirlərə əl atmalı olacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Cənubi Koreya prezidenti Li Ce Myunq təxminən 10 gün əvvəl Ukrayna prezidenti Zelenskinn "Hərbçilərimiz tərəfindən əsir alınmış Şimali Koreyanın iki əsgəri Cənubi Koreyaya təhvil verilib" açıqlamasına münasibətdə deyib.

O, Ukrayna prezidentini məxfilik anlaşmasını pozmaqda ittham edib: "O, bu məsələni açıq şəkildə elan etməməli idi. Lakin etdi. İndisə biz ondan rəsmi üzr gözləyirik. Əks halda Ukraynaya qarşı əlavə addımlar atacağıq. Bu məsələ Koreya dövləti və xalqı üçün şərəf məsələsidir".

Xatırladaq ki, ötən gün Ukrayna xarici işlər naziri Andrii Sibiha məsələyə münasibətdə deyib ki, bu, "diplomatik anlaşılmazlıq"dır və Kiyev bu məsələni həll etməyə çalışır.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR