Dövlətin bugünkü siyasəti iki politoloqu üz-üzə qoydu

img

18-10-2014 [13:13]


Son bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanın Rusiya, yoxsa Qərbi dəstəkləməsi mövzusu geniş müzakirəyə çevrilib. Artıq məsələ o həddə çatıb ki, sosial şəbəkələrdə politoloqlar bir-birləri ilə qeyd olunan mövzunu çılğın və ironik formada şərh edirlər.


Vurğuladığımız kimi, politoloq Ərəstun Oruclunun:

 

"Belə görünür ki, hakimiyyət artıq xarici siyasətində müəyyənləşdi və Rusiya yolunu seçdi. Bununla da, o özünün "balanslaşdırılmış xarici siyasət" adlandırdığı kursuna son qoydu. Görünür, bu qərarı verən İlham Əliyev əsas olaraq, Rusiyanın təzyiqlərini və İsrailli dostlarının "ağıllı", "uzaqgörən" tövsiyələrini nəzərə aldı. Azərbaycan yenidən bizə Qarabağ faciəsini, İrəvan və Zəngəzur itkisini bəxş edən, tariximizi, milli kimliyimizi və hətta az qala millət olaraq özümüzü belə silməyə çalışan "valenok-vatnik" imperiyasının yanına qayıdır. Bu yolun davamı isə bəllidir, bunun üçün ehtimallar qurmağa ehtiyac yoxdur. Keçən əsrin 30-cu illərində dil, əlifba, milli siyasət, ərazi-inzibati bölgü sahələrində keçirilmiş "islahatları" xatırlamaq kifayət edər. Amma məyus olmağa da dəyməz, çünki hələ o imperiyanın özünün taleyi bəlli deyil. Bəlkə də, elə sülalə-tayfa hakimiyyətinin məhz indiki zamanda batan imperiya gəmisinə minməsi bizim üçün 45-illik işğaldan qurtulmaq şansdır”

 

şərhi digər politoloq Bəhruz Salmanov tərəfindən birmənalı qarşılanmayıb.

 

Birlik.az saytı həmin müzakirəni olduğu kimi diqqətinizə çatdırır:


Bəhruz Salmanov: Ərəstun Oruclu, bəs sizin fikrinizcə, hansı yolu seçməli idi?


Ərəstun Oruclu: Bəhruz Salmanov, bir dəfə batdığımız yerə ikinci dəfə batmağa ehtiyac yox idi. Avropa yolunu.


Bəhruz Salmanov: Dəqiq desək, ABŞ yolunu, yəni qonşuları qoyub okeanın o tayının təsiri altında olan AB-ni, ayaq qoymamışdan qabaq "demokratiya" söz verən, lakin sonradan qan gölünə çevirən Qərbi

Ərəstun Oruclu: "Çiçəklənən" Rusiyaya getsinlər o zaman. Avropa Amerika deyil, bunu hətta xəritədə də görmək olar, Bəhruz Salmanov

 

Bəhruz Salmanov: Hər şey xəritə ilə bitmir Ərəstun Oruclu, elə olsaydı, nə var idi siz ki, bunu yaxşı bilirsiniz. Azərbaycan hamı ilə əməkdaşlıq edərək öz dövlətçilik maraqlarının qorumaq yolu ilə getməlidir nə Qərb, nə Şərq Vətənmeyilli olmaq lazimdir!

 

Ərəstun Oruclu: Bəhruz Salmanov, Ermənistan da qonşudur və hətta hakimiyyətin ən yuxarıları ilə yaxın qohumluq əlaqələri də var.

 

Bəhruz Salmanov: Bunun mövzuya nə aidiyyəti var, olsun da ona dair də təklif var, azad etsin iqtisadiyyatı düzəlsin. Mövzu Qərb-Şərqdi, Ərəstun bəy.

 

Ərəstun Oruclu: Mövzu seçimdir, qarışdırmaq lazım deyil. Bir də ki, əmin deyiləm ki, İlham Əliyev Qərbi seçsəydi, siz buna etiraz edəcəksiniz.

 

Ərəstun Oruclu: Bir də Bəhruz Salmanov, müzakirə aparırsınızsa, buyurun. Mən buna etiraz eləmirəm, hərçənd ki, mən sizin profilinizdəki Ramiz Mehdiyevin ermənilərə sarsıdıcı zərbə vurması ilə bağlı linkə bircə kəlmə şərh yazsam, hələ bilmirəm, siz neyləyəcəksiniz. Ona görə də verilmiş imkandan sui-istifadə edərək Vətənşüvənlik alveri eləmək lazım deyil. Mənim Vətən sevgimlə sizinki eyni ola bilməz və bu da təbiidir. Bu səbəbdən də lütfən, "Vətənmeylli olmaq lazımdır" kimi son dərəcə dəyərli tövsiyələrinizi saxlayın daha münasib zaman və məkanda istismar etməyə.



Bəhruz Salmanov: Ərəstun Oruclu, hansı mövzuya şərh vermək istəyirsiniz verin, bundan mənə nə. İstismarçılığın necə effekt verdiyini siz bilərsiniz. Kimin suverenlik etdiyini son günlər yazılan statuslar bəlli edir. Mən bilmirdim, sizdə "Sevgimetr” cihazi var . O ki qaldı bizə, bizim kimliyimiz yaxşı bəllidir. Səhifəmə girib qarşıma nə isə qoymaq üçün sizə uyğun olanı tapıb şərh verdiyiniz kimi, zəhmət olmasa, bir araşdırın sonra hücuma keçin. Müzakirə və əks mövqeyə açıq olun. Hamı sizinlə eyni fikirdə olmaq məcburiyyətində deyil.

 

 

Ərəstun Oruclu: Bəhruz Salmanov, mən sizin mənimlə eyni fikirdə olmanıza zərrə qədər də ehtiyac duymuram və fikir ayrılığının olmasına da normal baxıram. Ona görə də ən azı mənim profilimdə öz fikirlərinizdə qalmaqda sərbəst ola bilərsiniz. O ki qaldı, hücum məsələsinə, bir az şişirtdiniz, məncə, hücum etməyə daha əhəmiyyətli obyektlər seçmək imkanım var. Sadəcə, bəzən hər kəslə anladığı dildə ünsiyyət qurmaq ehtiyacı yaranır və bu da normal praktikadır. Əks halda, belələri də olur ki, nəzakətli davranışı zəiflik, etika çərçivəsində müzakirəni qorxaqlıq kimi dəyərləndirib, özlərində yanlış təsəvvür yaradırlar. Bu qədər. Fikirlərinizdə sərbəst olun, amma üzrlü sayın, mənim sizinlə dialoq aparmağa nə həvəsim, nə ehtiyacım, nə də vaxtım var. Sizə uğurlar.

 

 

Bəhruz Salmanov: Ərəstun Oruclu, ehtiyac duymasanız da, təhrikiniz və inandırmaq cəhdiniz oldu. Əlbəttə, siz özünüzü çox mühüm sayırsınız, kimlə necə danışmaqla sərbəst bilirsiniz. Amma məni tanımadan bu cür sərt mövqeyiniz, etikadan kənar sözlər, münasibət heç də müsbət qarşılanmır. Axı siz özünüzü peşəkar sayırsınız. Bəli, sizin zəngin praktikaya malik olmağınız bəllidir. Təbii ki, müxalif fikirlərə nə vaxt, nə həvəs olmur. Amma siz həvəskar deyilsiniz, peşəkarsınız. Başqalarına etdiyiniz tənqidlərə özünüzün də ehtiyacı var. Hansı zamandır ki, kimsə kimdənsə qorxsun. Apardığımız dialoqa görə sizə təşəkkür edirəm. Siz də sərbəst olun. Hər şey qaydasındadır. Sizə də uğurlar. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA