İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb - Hikmət Hacıyev oxuyub
GÜNDƏM
Bugün, 09:56
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, mətni Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!
Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.
AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir.
Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.
"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.
Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır.
Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir.
Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir.
Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir.
Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir.
Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xələf Xələfov: "Geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə..."
Bugün, 11:59 SİYASƏT
-
Fərid Şəfiyev Regional Forumda: "Birincisi, sülh sazişidir, ikincisi, sərhədin delimitasiyası, üçüncüsü..."
Bugün, 11:46 SİYASƏT
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 11:20 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Çin liderinə məktub göndərdi - MƏTN
Bugün, 11:02 GÜNDƏM
-
Meteor yağışı olacaq - Bu tarixlərdə
Bugün, 11:02 GÜNDƏM
-
"TikTok" və "Spotify" Azərbaycanda vergi uçotuna alındı
Bugün, 10:52 PRESS
-
Mikayıl Cabbarov: "Bizim gələcəyimiz Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı..." - "Məqsədimiz "Made in Central Asia" brendi altında birgə istehsal yaratmaqdır"
Bugün, 10:40 İQTİSADİYYAT
-
ABŞ ordusunda general və admiralların sayı azaldılır
Bugün, 10:28 DÜNYA
-
Bakıda AQEM Media Forumu keçirilib (Yeniənib)
Bugün, 10:19 PRESS
-
Britaniya yenidən Brexit seçiminə gedir? - Baş nazir anons verdi
Bugün, 10:10 DÜNYA
-
Kəlbəcərə həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyası hazırlanıb
Bugün, 10:07 İQTİSADİYYAT
-
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb - Hikmət Hacıyev oxuyub
Bugün, 09:56 GÜNDƏM
-
Yaponiya miqrasiya şərtlərini sərtləşdirdi - Yaşayış İcazəsi Rüsumlarını Təxminən İyirmi Dəfə Artırır
Bugün, 09:46 DÜNYA
-
“Biznes” çağırırsan, içi sınıq-salxaq maşın gəlir..." - Bloger "Bolt"un taksi xidmətindən şikayətlənir
Bugün, 09:25 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 4 dollardan çox bahalaşdı
Bugün, 09:25 İQTİSADİYYAT
-
PUTİN UKRAYNANI DÖVLƏT KİMİ DAĞITMAQ İSTƏYİR - Yeni mesajlar müharibənin uzun müddət davam edəcəyini təsdiqləyir
Bugün, 09:05 GÜNDƏM
-
TRAMP İRAQI BATAQLIQ ADLANDIRDI, TEHRANA MESAJ VERDİ: "Bu müharibəni istənilən variantda qazanacağıq"
Bugün, 00:36 GÜNDƏM
-
Aktrisa narkotestinin cavabını paylaşdı: "Təmizəm"
Bugün, 00:25 MƏDƏNİYYƏT
-
Ərdoğan CHP-dən istefa verən İzmirin bələdiyyə sədrini qəbul etdi - Qapalı görüş oldu (FOTO)
Bugün, 00:25 SİYASƏT
-
TÜRKİYƏ 33 İL ƏVVƏLƏ GERİ DÖNÜR: Aselsan yeni mobil telefonların istehsalına başlayır
Bugün, 00:09 İQTİSADİYYAT
-
RƏSMİ MOSKVADAN 9 İL ƏVVƏL TÜRKİYƏYƏ SATILAN S-400-LƏRLƏ BAĞLI MÜHÜM AÇIQLAMA: "Müzakirə gedir"
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Kristiano Ronaldo yığma komanda ilə vidalaşıb
30.09.2026, 23:30 İDMAN
-
"Eşref Rüya" yenidən ekaranlaşdırlır? - "Hər əfsanənin bir başlanğıcı var"
30.09.2026, 23:00 MƏDƏNİYYƏT
-
Mətbuat katibinin diplomat qardaşı... - Məhkəmədə nələr ortaya çıxır?
30.09.2026, 21:51 SİYASƏT
-
Həsən Şaş narkoman çıxdı: kokain qəbul edirmiş
30.09.2026, 20:30 İDMAN
-
Oktyabrın ilk günlərində bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
30.09.2026, 20:21 GÜNDƏM
-
İstefaya göndərilən sabiq nazirin adı partiyanın internet resurslarından tamamilə silinib
30.09.2026, 19:45 DÜNYA
-
Bu qurumlarda yoxlama aparılıb - İcra Hakimiyyəti, Ombudsman, Fondlar... (SİYAHI)
30.09.2026, 19:08 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
30.09.2026, 18:49 GÜNDƏM
-
Qanunsuz mərc oyunlarında rol alan klub rəsmiləri: onlar kimdirlər? - SİYAHI
30.09.2026, 18:43 İDMAN
-
Klub prezidentini başından güllələdilər - Bolqarıstanda
30.09.2026, 18:38 İDMAN
-
İlham Əliyev və Birinci xanım "ADEX 2026" və "Securex Caspian" silah sərgilərində - FOTOLAR
30.09.2026, 18:24 GÜNDƏM
-
Türkiyəli aktrisa 14 il əvvəl sonra xatırladığı parolla sərvət sahibi oldu
30.09.2026, 18:19 ŞOU-BİZNES