"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
GÜNDƏM
Bugün, 22:01
Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insident ətrafında müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirib.
Mia.az xəbər verir ki, “Modern.az” məsələ ilə bağlı ictimai müzakirələri nəzərə alaraq deputatla əlaqə saxlayıb.
Deputat hadisənin necə baş verdiyini danışıb:
“Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, qarpız alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, “bilirəm, sən xeyir verənə oxşamırsan”. Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.
Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, “sir-sifətindən xeyir verənə oxşamırsan”. Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?”
F. İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:
“Bu sözü deyəndə əlində qarpız kəsən bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, ”sən Allahsan, nəsən, səni niyə tanımalıyam?” Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özü-özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.
Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında dayanmışdı. Mən də oradan tez uzaqlaşdım”.
Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:
“Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda “qaçım, məndən keçdi, qardaşıma dəydi” prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.
Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi. Məqsəd onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi”.
F.İbrahimli satıcının cərimələndiyini də bildirib:
“Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. O, gözünün içinə qədər yalan danışır. O, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və onu qovub. Köşk də yerindədir, onun yerinə başqası işləyir”.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
Bugün, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
Bugün, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
Bugün, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
Bugün, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
Bugün, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
Bugün, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
Bugün, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
Bugün, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
Bugün, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
Bugün, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
Bugün, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
Bugün, 10:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
Bugün, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
Bugün, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
Bugün, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT
-
NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
25.09.2026, 21:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: qudalar, ər-arvadlar və... - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
25.09.2026, 19:56 GÜNDƏM
-
Prezident: "Hərbçilərin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı"
25.09.2026, 18:19 GÜNDƏM
-
PA-nın vəzifəli şəxslərinin oktyabr ayı üzrə - QƏBUL GÜNLƏRİ
25.09.2026, 18:10 GÜNDƏM
-
Nazir, Komitə sədri.. - Onların gələn ay üzrə qəbul günləri açıqlandı + CƏDVƏL
25.09.2026, 18:00 GÜNDƏM
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
25.09.2026, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
25.09.2026, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
25.09.2026, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli işçilərini öz kadrları ilə əvəzləyir (Yenilənib)
25.09.2026, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
25.09.2026, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
25.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
25.09.2026, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
25.09.2026, 16:42 İDMAN