Hafiz Hacıyevdən müsavatçılara müraciət

img

17-10-2014 [16:10]




Müsavat Partiyasının son qurultayından sonra həmin təşkilatdakı durum Müasir Musavat Partiyasında da diqqətlə müşahidə edilir.Musavat Partiyasından edilən istefalardan sonra isə MMP İdarə Heyəti baş verənləri müzakirəyə çıxarıb və Hafiz Hacıyevin təklifi ilə bir müraciət qəbul edilib. 

Müraciətdə deyilir:
”Əziz Musavatçılar !
İllərdir sizlərin qınaq hədəfinə gəlməyimə baxmayaraq ,bu gün mənim deiklərim və iddia etdiklərim ,illərdir xidmət etdiyiuniz ,uğrunda ölümə belə getməyə razı olduğunuz bir partiyadan istefa verməyə səbəb oldu.Mən sevinirəm ki ,gec də olsa siz bu addımı atdınız.Mən dəfələrlə sizlərlə fərdi görüşlərimdə və mətbuat vasitəsi ilə deyəndə ki,İsa Qəmbər Məmmədəmin Rəsulzadənin ideyalarına xəyanət edir,partiyanı alver predmetinə çevirib onda sizlər mənə inanmırdınız və məni qınaq hədəfinə çevirirdiniz.İndi siz də təsdiq edirsiniz ki,vaxtı ilı torpaqlarımızın erməni işğalçılarının əlinə keçməsində ,Əbülfəz Elçibəyin devrilməsində ,ölkə müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşılaşmasında müstəsna xidməti olan Qəmbərov isa və onun çox yaxın "biznes”ortağı olan azərbaycançılığa dəxli olmayan Arif Hacılının illərdir Musavatı kommersiya təşkilatına çevirərək , saf əqidə sahibi Musavatçıların xidməti sayəsində özləri üçün komfort həyat təmin ediblər..Partiyada baş verənlər məni də təsirləndirir.Amma gec də olsa İsa Qəmbərin siyasi alverçi olmasını anlamanız və partiyadan uzaqlaşmanız məni sevindirir və bu addımı alqışlayıram.
Mən keçmiş cəbhədaşlarıma səslənirəm !
İllərdir millətə -dövlətə xəyanət edənlərə qarşı mübarizə aparan,Məmmədəmin Rəsulzadənin ideyalarına sadiq olan bir partiya varsa o da Muasir Musavat Partiyasıdır.Gəlin, həmin ideyalar naminə, əsil Musavat partiyası olan MMP-də cəmləşin ,birləşəyin ,öz məqsədlərimiz və ideyalarımız uğrunda mübarizə aparağın.Sizi azadlığa aparacaq bir qüvvə varsa o da Muasir Musavat partiyasıdır.Yalanlarla başınızı qatmağın vaxtı çoxdan ötüb ,indi real işlərlə məşğul olmaq lazımdır.Yalançı vədlərlə illərdir varlanan "başqanlar”,sabah fürsət düşəndə sizi silib atacaqlar.İllər öncə bu şeyləri mən yaşamışam və görmüşəm.
Mən sizə müraciət edirəm ki,Muasir Musavat Partiyasının ətrafında birləşin !
Hörmətlə Muasir musavat Partiyasının sədri H.hacıyev

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA