Müsavat məclisinin sədri oğlu ilə gəlininin saxlanılmasından danışdı: "Mənə və yaxınlarıma qarşı təzyiq və..."

Müsavat məclisinin sədri oğlu ilə gəlininin saxlanılmasından danışdı: \"Mənə və yaxınlarıma qarşı təzyiq və...\"

GÜNDƏM

Bugün, 17:09

"Mənə və yaxınlarıma qarşı təzyiq və qarayaxma kampaniyası yenə davam edir. İndi də oğlumun və gəlinimin ABŞ-da həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi barədə təhrif edilmiş, həqiqətdən uzaq məlumatlar yayılıb".

Mia.az xəbər verir ki, bu sözləri Müsavat Məclisinin sədri Arif Hacılı oğlu ilə gəlinini ABŞ-da saxlanılması barədə Musavat.com-un məlumatına cavabda bildirib.

Onun sözlərinə görə, ABŞ-da fəaliyyət göstərən ICE adlı qurumun miqrantlara qarşı keçirdiyi genişmiqyaslı reydlər barədə çoxları xəbərdardır:

"Belə reydlərdən birində mənim oğlum və gəlinim də saxlanılıb. Müəyyən soruşdurma və araşdırmalardan sonra onların hər ikisi sərbəst buraxılıb.

Daha irəli gedən nəticələr çıxaranlara da bildirməliyəm ki, Müsavat Partiyası tərəfindən nə oğlum, nə də ailəmin digər üzvləri üçün heç vaxt hər hansı müdafiə sənədi verilməyib və heç bir quruma Müsavat Partiyası adından müraciət edilməyib. Çünki bu illər ərzində mənə və ailə üzvlərimə qarşı fasiləsiz təzyiq və təqiblər, həbslər barədə Azərbaycanda hər kəs xəbərdardır və ölkə hüdudlarından kənarda da bu barədə öyrənmək istəyənlər üçün internet resurslarında, dünyanın tanınmış mətbuat orqanlarında müxtəlif illərdə dərc olunmuş külli miqdarda məlumatlar, Avropa İnsan Haqları Məhkəməsinin qərarları var.
Hətta əleyhimə hazırlanan məqalənin müəllifləri də daxil olmaqla kimsənin mənə, ailə üzvlərimə olan təzyiqlərin əks etdirilməsi üçün nələrisə uydurmağa ehtitac olduğunu düşündüyünə inanmıram".
Samir MUSAYEV
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR