Azərbaycanın xarici ölkələrdəki konsullarının səlahiyyətləri məhdudlaşdırıldı

img

17-10-2014 [14:42]



Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Konsul Nizamnaməsinə dəyişikliklər edilib. Dəyişikliyə əsasən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırılıb.
Nizamnamənin 39-cu maddəsində qeyd edilir ki, konsul Azərbaycan ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilən vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.

Bununla yanaşı, "Hərbi qulluqçuların statusu haqqında”, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Reklam haqqında” və digər qanunlara dəyişikliklər də qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA