Makron Trampla bağlı sualdan yayındı

Makron Trampla bağlı sualdan yayındı

GÜNDƏM

Bugün, 12:09

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında davam edən gərginliyin enerji bazarında böyük problemlərə yol açmasında Donald Trampın günahkar olması barədə suala konkret cavabdan yayınıb.

Mia.az xəbər verir ki, o, "ABC News"a müsahibədə aparıcı Devid Muirin ona "ABŞ Prezidenti Trampın yanacaq qiymətlərinin bahalaşmasında İrana hücumunun dayanması müzakirə olunur. Bu, sizin  ölkənizin iqtisadiyyatına da ciddi təsir edir. Bu barədə nə deyə bilərsiniz", - sualını verib.

Makron cavabda artan yanacaq qiymətlərini "ödəniləcək kiçik bir bədəl" olduğunu deyib və əlavə edib ki,  Fransada yanacaq baalaşması hökumətin büdcə kəsirinə təzyiq göstərir: "Bütün bunlar zamanla həllini tapacaq. Lakin unutmayaq ki, İranın nüvə silahına sahib olmamasına nail olmaq mənim də əsas məqsədimdir. Ancaq təbii ki, bir ölkəni bombalamaqla rejim dəyişikliyinə nail olmaq mümkündür. Belə səhvlər tarixdə əvvəllər də edilib. Heç kimi günahlandırmaq istəmirəm. Yaxın Şərqdəki məsələnin yalnız İranla məhdudlaşmır. Əlbəttə, Hörmüz boğazı yenidən açılmalıdır. Yeri gəlmişkən, bu münaqişədə iştirak etməmək qərarımızı doğru idi. Ancaq yaranmış vəziyyətlə bağlı  Trampı da günühlandırmaq doğru deyil..."

Makron Fransanın Hörmüz boğazının açılmasına hərbi dəstək verib-verməyəcəyi sualına da belə cavab verib: "Fransa heç bir ölkə ilə münaqişəyə girməyəcək. İstəmirik. Bununla belə, boğazdan keçidi təmin etmək və müəyyən imkanları qorumaq üçün daha çox məsuliyyət daşımağa hazırıq. Səmimi deyim ki, əslində, bu da  ABŞ-ın həll etməli olduğu məsələdir".

Aparıcı daha sonra ona Trampın sosial mediada paylaşdığı və Karib dənizi, Kanada, Meksika və Fransanın bəzi ada ərazilərini ABŞ ərazisi kimi təsvir edən xəritəylə bağlı Fransa liderinə süaul ünvanlayıb. Makron bu suala da konkret cavabdan qaçıb: "Ukrayna və Yaxın Şərqdəki müharibə, süni intellekt və texnologiya yarışı kimi həll etməli olduğumuz məsələlər var. Gəlin yeni münaqişələr və gərginliklər yaratmayaq".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR