Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı

Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı

SİYASƏT

Bugün, 18:03

Türkiyənən hazırkı ən güclü partiyasının hansı olması barədə növbəti sorğunun nəticələri açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı GENAR Araşdırma Mərkəzi sorğu aparıb.

Məlumata görə, 2026-cı ilin sentyabr ayının ilk 15 günündə mərkəzin keçirdiyi sorğuya qatılanların  36.1 faizi Ərdoğanın lideri olduğu AK Partiyanın adını çəkib: "AK Partiyanı 21.6 faiz səslə Özgür Özəlin sədri olduğu Yeni Partiya izləyir".

Sorğuda maraqlı olan odur ki, son ii aya qədər ölkənin siyasi mənzərəsində təlatüm yaradan CHP-nin adı ilk beşlikdə deyil.

Beləliklə, nəticələr belə sıralanıb:

AK Partiya: 36.1%

Yeni Partiya: 21.6%

DEM Partiyası: 9.4%

MHP: 8.0%

İyi Partiyası: 7.7%

CHP: 6.6%

Anahtar Partiyası: 3.0%

Zəfer Partiyası: 2.8%

Yenidən Refah Partiyası: 2.5%

TİP: 0.9%

Səadət Partiyası: 0.5%

Digər: 0.9%

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR