İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"

İran ordusu: \"Danışıqlar müharibənin başqa bir mərhələsidir\"

DÜNYA

Bugün, 14:46

"Danışıqlar hələ kompromis və sülh demək deyil, müharibənin başqa bir mərhələsidir".

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu, İran İnqilab Keşikçiləri Korpusunun bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, ölkənin maraqları çərçivəsində danışıqlar prosesi müharibə ilə paralel olaraq qətiyyətlə aparılır: Müharibənin yalnız silahla aparılmadığı bəllidir. Danışıqlar sözlə, arqumentlərlə və diplomatik metodlarla aparılan müharibədir. Hər cür müharibəyə hazır olmalıyıq və hazırıq. Ancaq bu o demək deyil ki, biz müharibədən yayınırqü. Əksinə, İran özünü qorumaq üçün uzunmüddətli müharibəyə tam hazır vəziyyətində, əli tətikdədir. Biz indi uzaqmənzilli raketlər istehsal etmək üçün texnoloji infrastruktura sahibik. Əvvəl bəyan etdiyimiz kimi, İrana hücum olarsa, yeni raketlərimiz dövriyyəyə girəcək. Yalnız onu deyə bilərik ki, həmin yeni raketlərdən birini ABŞ təyyarədaşıyan gəmisinə qarşı istifadə etdik. O təyyarədaşıyan gəminii bu raketlə 500 kilometr məsafədən vurduq..."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR