Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR

Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR

GÜNDƏM

Bugün, 14:32

Azərbaycanın hökumətində uzun illərdir yüksək vəzifələrdə çalışan və pensiya yaşını keçən nazirlər də var. Hazırda yaşı 65-i ötən iki nazir xüsusilə diqqət çəkir.

MİA.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 65 yaşdan yuxarıdır.

Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. Hazırda 67 yaşı olan general-polkovnik 2013-cü il oktyabrın 22-dən müdafiə naziri vəzifəsini icra edir. O, uzun illər hərbi xidmət keçib və müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Kəmaləddin Heydərov isə 15 iyul 1961-ci ildə Naxçıvanın Çeşməbəsar kəndində anadan olub. Bu il 65 yaşını tamamlayan Heydərov 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır. O, bundan əvvəl 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri olub.

Azərbaycan qanunvericiliyinə əsasən, 2026-cı il iyulun 1-dən kişilər üçün yaşa görə əmək pensiyası hüququnun yarandığı yaş həddi 65 il müəyyən edilib. Bununla yanaşı, pensiyanın təyin olunması üçün qanunvericilikdə sığorta stajı və pensiya kapitalı ilə bağlı tələblər də nəzərdə tutulub.

Qeyd edək ki, hər iki nazir hazırda tutduğu vəzifəni davam etdirir.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR