Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi

Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi

DÜNYA

Bugün, 12:58

İstanbul Böyükşəhər Bələdiyyəsi İşi çərçivəsində 11 aylıq həbsdən sonra azadlığa buraxılan çəhərin Beyoğlu rayion bələdiyyəsinin sədri İnan Güney öz tərəfini seçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl Özgür Özəlin sədri olduğu Yeni Partiyaya qoşulmayacağını açıqlayan İnan Güney gözlənilməz qərar verib.

Məlumata görə, o, CHP sədri Kamal Kılıçdaroğlunu ziyarət edib və bundan sonra üzvü olduğu partiyada qalacağını açıqlayıb:  "Xoş qarşılama üçün hörmətli sədrimiz Kamal Kılıçdaroğluna təşəkkür edirəm. 33 ildir xidmət etmək şərəfinə nail olduğum Cümhuriyyət Xalq Partiyasının bayrağı altında Beyoğluna və xalqımıza eyni inam və qətiyyətlə xidmət etməyə davam edəcəyəm".

Bu barədə CHP-dən bildirilib ki, Kamal Kılıçdaroğlu Beyoğlu bələdiyyə sədri İnan Güneyi qərargahda qəbul edib: "O, 33 illik CHP üzvü və 49 ildir Beyoğlunun oğlu olmaqla Ata evində qalacaq"

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR