Bakıda daha bir ailə faciəsi: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirib

Bakıda daha bir ailə faciəsi: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirib

KRİMİNAL

Bugün, 11:55

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır/teleqraf.com

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR