Rusiya Yaponiya qarşısına elə tələb qoydu ki...

Rusiya Yaponiya qarşısına elə tələb qoydu ki...

DÜNYA

Bugün, 16:37

"Yaponiyadan ABŞ-ın "Typhon" raket sistemlərini öz ərazisindən çıxarmalıdır".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya ZaxarovaMoskvada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin raket sistemlərinin Yaponiyanın Kyuşu adasına yerləşdirilib:: "Bununla bağlı 3 sentyabrda Moskvadakı Yaponiya səfirliyinə bu məsələ ilə bağlı etiraz notası təqdim etdik və onların diqqətinə çatdırdıq ki, bu, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır. Yaponiyaya bildirildi ki, bu sistemlərin öz ərazisində istənilən bəhanə ilə və istənilən müddətə yerləşdirilməsi qəbuledilməzdir. Yaponiya tərəfinə bu cür hərəkətləri dayandırmaq və sistemləri öz ərazisindən çıxarmaq tövsiyə olundu.. Bundan əlavə, Yaponiya hökumətinin Cənubi Kuril adaları ilə bağlı ərazi məsələsi də daxil olmaqla, İkinci Dünya Müharibəsinin nəticələrini qəbul etməli və yenidən silahlanma siyasətindən imtina etməli olduğu diqqətə çatdırılıb".

F.Səfərli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR