Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"

Pakistandan Husilərə sərt xəbərdarlıq: \"Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir\"

GÜNDƏM

Bugün, 01:12

Səudiyyə Ərəbistanının Yəməndəki İranın dəstəklədiyi Husiləri Məkkəyə dron hücumunda günahlandırmasından sonra Pakistandan çox sərt xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bəyanat verib.

O, Türkiyə ilə birgə Səudiyyə Ərəbistanla imzaladığı "Məkkə Birgə Müdafiə Sazişi"ni xatırladıb və Husiləri hədələyib: "Hətta Məkkə sazişi olmasa belə, müqəddəs məkanlarımıza hücum edilərsə, onları qorumaq bizim əbədi borcumuz və dini vəzifəmizdir. Allah Evi - Məkkə və Mədinə bizim toxunulmaz xəttimizidr. Əgər Səudiyyə Ərəbistanının müqəddəs məkanlarına hücum edilərsə, onları qorumaq üçün əbədi bir razılaşmaya, yəni, dini vəzifəmizə bağlı olduğumuzu ortaya qoyacağıq".

Xatırladaq ki, Ərəb Koalisiyasının sözçüsü Turki əl-Maliki 15 sentyabrda Husilər tərəfindən buraxılan pilotsuz təyyarənin Məkkənin cənubunda aşkar edilərək məhv edildiyini bəyan edib. Bundan sonra Türkiyə və bir çox müsəlamn dövlətləri hücumu pisləyib.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR