Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib

DÜNYA

Bugün, 17:18

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın bu gün İslamabadda Pakistanın dövlət rəhbərləri ilə ayrı-ayrılıqda görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kalın Əfqanıstana səfərindən sonra Pakistanın paytaxtı İslamabadda əvvəlcə Pakistan Ordu Qərargah rəisi Marşal Asim Munir, Pakistan Milli Təhlükəsizlik Xidmətinin (İTX) rəisi Asim Malik və daha sonra Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən qəbul edilib.

Görüşlərdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlər, gələcək əməkdaşlıq imkanları, eləcə də regional və qlobal məsələlər ətrafında müzakirə aparılıb.

Görüşlərdə regional sabitliyin bərpası kontekstində tərəflər arasında imzalanmış  Məkkə Birgə Müdafiə Sazişinin əhəmiyyəti qabardılıb. Kalın bildirib ki, Türkiyə keçmişdə olduğu kimi, Əfqanıstan və Pakistan arasındakı gərginliyi dialoq yolu ilə həll etmək üçün hər cür səy göstərməyə davam edəcək.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR