Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri: Rumıniyanın Baia Mare şəhəri + FOTOLAR
SİYASƏT
Bugün, 16:04
17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyi məlumat yayəb.
Bildirilib ki, tədbir Baia Mare şəhərinin Günündə baş tutub. Tədbridə Azərbaycan ilə parlamentlərarası münasibətlərin inkişafına böyük töhfə verən Rumıniya Senatının Rumıniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auvqustin Nikulesku-Tsıqırlaş, Maramureş vilayətinin Vəkillər Kolleqiyasının sədri Florin Antrekut, Baia Mare şəhərinin merinin müavini İonut Pırvu və Azərbaycanın Rumıniyadakı Səfiri Qüdsi Osmanov iştirak ediblər. Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș çıxışında bildirib ki, bu təşəbbüs hər iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində yeni iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, o niyyət protokolunun Baia Mare şəhərinin Günündə imzalanmasını xüsusi rəmzi məna daşıdığını bildirib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışında Xankəndinin qardaşlıq prosedurunun Avropada ilk olaraq Rumıniyanın Baia Mare şəhəri ilə başlanmasını təsadüf olmadığını qeyd edib. O, Azərbaycan ilə Rumıniya arasında dərin köklərə söykənən dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin olduğunu, Rumıniyanın Azərbaycanın müstəqilliyini Avropada tanıyan ilk ölkə olduğunu vurğulayıb. Elçin Yusubov, həmçinin Qarabağın paytaxt şəhəri olan Xankəndi üçün bu təşəbbüsün Avropa şəhərləri ilə yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib. O, Azərbaycanın Xankəndi şəhərinin 30 il sürən işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə - dirçəliş, quruculuq və beynəlxalq əməkdaşlıq mərhələsinə qədəm qoymasınının böyük əhəmiyyətini vurğulayıb.
Rumıniya Senatının Rumıniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auqustin Nikulesku-Tsıqırlaş parlamentlərarası dialoq çərçivəsində başlayan əməkdaşlığın regionlararası əməkdaşlığa çevrilməsini və iki ölkənin regionları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini vacib hesab etdiyini bildirib. O, cəmi bir neçə ay əvvəl 4-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyini, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə dialoqda iştirak edib, ona Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında institusional dialoqun yenidən canlandırılması perspektivləri ilə bağlı sual ünvanladığını qeyd edib. Qarabağa səfər çərçivəsində həmçinin xüsusi nümayəndə Elçin Yusubov ilə görüş keçirdiyini xatırlayan senator, bu əməkdaşlığın nəticəsi olaraq, Qarabağ və Maramureş regionların bir-birinə yaxınlaşdığını, hər iki bölgə üçün yeni imkanlar yaradıldığını vurğulayıb.
Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan ilə Rumıniya arasında mövcud olan münasibətlər, xüsusən regionlararası əlaqələrin inkişafına yönəldilmiş nəzərdə tutulan birgə layihələr barədə danışıb. O, Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri olan Rumıniyanın Baia Mare şəhərinin olmasını yüksək dəyərləndirərək, bunun Maramureş ilə Azərbaycan arasında konkret layihələrin, real imkanların və davamlı münasibətlərin başlanğıcı adlandırıb.
Tədbir yerli mediada geniş işıqlandırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
Bugün, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
Bugün, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
Bugün, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
Bugün, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Türk idmançılara viza verilmədi - Komanda yarışdan imtina etdi
Bugün, 16:36 İDMAN
-
49 DSK-nin tərkibi dəyişir: "Çalışmışıq ki, layiqli şəxslərin namizədliyi irəli sürülsün"
Bugün, 16:21 SİYASƏT
-
Lerikdə zəlzələ oldu
Bugün, 16:12 GÜNDƏM
-
Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri: Rumıniyanın Baia Mare şəhəri + FOTOLAR
Bugün, 16:04 SİYASƏT
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərləri bir arada: mühüm mesajlar verildi - FOTOLAR (FOTOLAR)
Bugün, 16:00 GÜNDƏM
-
Prezident AAK sədri barədə sərəncam imzaladı
Bugün, 15:43 GÜNDƏM
-
Paşinyan mətbuat konfransında Moskvaya belə mesaj verdi: "Bizə sizin hərbi baza lazım deyil, əgər onu çıxarmaq istəyirsinizsə..."
Bugün, 15:25 GÜNDƏM
-
Yurgen Klopp "Qalatasaray"ın oyunçusunu yığmaya çağırmadı
Bugün, 15:14 İDMAN
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl: şübhəli şəxs saxlanılıb
Bugün, 14:57 KRİMİNAL
-
"Sultana"filminin təqdimatında qalmaqal - Aktrisaların bir-birlərinə replikası gündəm oldu
Bugün, 14:19 MƏDƏNİYYƏT
-
Konsertdə müğənniyə qarşı əxlaqsızlıq... - Demet Akalının cangüdənlərinə səsləndi: "Alın bu əxlaqsızı..."
Bugün, 14:14 ŞOU-BİZNES
-
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Bugün, 13:59 CƏMİYYƏT
-
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib (Yenilənib)
Bugün, 13:56 MƏDƏNİYYƏT
-
Noyabr ayı üzrə qeyri-iş günləri bəli olub
Bugün, 13:54 CƏMİYYƏT
-
İlham Əliyev: "Ətrafımızda müharibələr gedir, bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"
Bugün, 13:20 GÜNDƏM
-
Pərviz Şahbazov: "BP ilə enerji tərəfdaşlığımızın yeni layihələrlə genişləndirilməsi, təmiz enerjiyə keçid..."
Bugün, 13:13 İQTİSADİYYAT
-
Tarixi proses başlayır - Ramiz Mehdiyev Ramiz Mehdiyev məhkəməyə müraciət edib, deyib ki...
Bugün, 13:01 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:43 CƏMİYYƏT
-
Daxili İşlər Nazirliyinə əlavə səlahiyyət verildi
Bugün, 12:35 CƏMİYYƏT
-
Türkiyədən Yunanıstana güc nümayişi: Ege sahilində komandolar çıxarıldı, yunanlar həyəcanlandı
Bugün, 12:31 SİYASƏT
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
Bugün, 12:21 KRİMİNAL
-
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:09 GÜNDƏM
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Bu tarixədək
Bugün, 12:02 GÜNDƏM
-
Milli Məclisin bir qrup deputatı Rusiyaya gedir - SƏBƏB
Bugün, 11:58 SİYASƏT
-
Ukrayna: "Rusiya Ordusu bu gecə 157 dron və 16 raketlə hücum edib, itkilər var"
Bugün, 11:45 GÜNDƏM
-
“Dövlət satınalmaları haqqında” Qanun dəyişir - Nələr olaca?
Bugün, 11:28 İQTİSADİYYAT
-
Mərkəzi Bankın səlahiyyətləri artırılır - Dəyişiklik
Bugün, 11:20 İQTİSADİYYAT
-
ABŞ husilərlə vuruşan Səudiyyə Ərəbistanına dəstək verir, yoxsa... - General "hə", "Associated Press" yox" deyir
Bugün, 11:20 GÜNDƏM