Türkiyədən Yunanıstana güc nümayişi: Ege sahilində komandolar çıxarıldı, yunanlar həyəcanlandı

Türkiyədən Yunanıstana güc nümayişi: Ege sahilində komandolar çıxarıldı, yunanlar həyəcanlandı

SİYASƏT

Bugün, 12:31

Türkiyə ordusunun 51-ci Komando Briqadasının Tuncelinin Hozat rayonundan Aydının Söke rayonuna yerləşdirilməsi qonşu Yunanıstanda böyük ajiotaj yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Samos adasının qarşısındakı Sökeyə təxminən 2000 komandosunun yerləşdirilməsi Afinanın gündəmində əsas mövzuya çevrilib.

Yunanıstan hərbi eksperti Yiannos Charalambides bu faktı "dərin narahatlıq mənbəyi" kimi xarakterizə edib: "Türk komando briqadasının bölgəyə yerləşdirilməsi mərkəzi və cənubi Egedə hərbi toqquşma ehtimalıın artmmas kimi izah etmək olar. Sözsüz ki, bu, dərin narahatlıq yaradır. Sökedəki bölməyə Foça və İzmir xətti boyunca mövcud hərbi elementlərlə birlikdə yanaşmaq lazımdır. O halda təhlükəinin miqyasını daha aydın görmək olar".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR