Ukrayna: "Rusiya Ordusu bu gecə 157 dron və 16 raketlə hücum edib, itkilər var"

Ukrayna: \"Rusiya Ordusu bu gecə 157 dron və 16 raketlə hücum edib, itkilər var\"

GÜNDƏM

Bugün, 11:45

"Rusiya ordusu ötən gecə Ukraynanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirib".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlama yayıb.

Bildirilib ki, Rusiyanın bu gecə ölkəyə 157 PUA və raketlərlə zərbə endirib: "Hücumda istifadə olunan  ballistik və qanadlı raketlərdən ibarət 16 raket, o cümllədən 7 "Banderol/Dan-T" tipli kiçik qanadlı raket havada zərrəsizləşdirilib. Buna baxmayaraq, bəzi zərbələr Ukraynanın ümumilikdə 8 bölgəsində, o cümlədən Kiyev, Odessa və Sumı bölgələrində dağıntı və itkilərə səbəb olub".

Ukrayna prezidenti Zelenski də hücumla bağlı açıqlama verib. O, Rusiya ordusunun Kiyev, Odessa və Sumı bölgələrində enerji və mülki obyektləri vurduğunu açıqlayıb.

Kiyev meri Vitali Kliçko isə paytaxta gecə hücumunda 18 nəfərin yaralandığını təsdiqləyb.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR