ABŞ husilərlə vuruşan Səudiyyə Ərəbistanına dəstək verir, yoxsa... - General "hə", "Associated Press" yox" deyir

ABŞ husilərlə vuruşan Səudiyyə Ərəbistanına dəstək verir, yoxsa... - General \"hə\", \"Associated Press\" yox\" deyir

GÜNDƏM

Bugün, 11:20

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndəki Husi qruplaşması ilə Səudiyyə Ərəbistanı və onun  dəstəklədiyi hökumət qüvvələri arasındakı toqquşmanı çox yaxından izləyir.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu məlumatı CENTCOM sözçüsü, general Tim Hokins açıqlayıb.

Onun sözlərinə görə, ABŞ bu müharibədə Səudiyyəyə dəstək məqsədiylə hərbi kəşfiyat və personalını əraziyə göndərib: "ABŞ Yəməndəki hadisələri çox yaxından izləyir. Mütəffiqimiz Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığımız da yüksək səviyyədə davam edir. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə uzunmüddətli və güclü hərbi əlaqələri var. Bu səbəbdən ABŞ hərbi məsləhətçiləri orada yerləşdirilib, kəşfiyyat dəstəyimiz də davam edir. Əldə etdiymiz kəşfiyyat məlumatlarını dərhal Səudiyyə tərəfdaşlarımızla paylaşır, vaxtnda tədbir görmələrinə kömək edirik".

"Associated Press" isə yazır ki, Vaşinqtonun hazırkı dəstəyi əsasən kəşfiyyat paylaşımı və regional təhlükəsizlik müzakirələri ilə məhdudlaşır: "ABŞ-ın Səudiyyə Ərəbistanına husilərə qarşı birbaşa praktik hərbi dəstək verdiyini göstərən heç bir fakt, dəlil və fəaliyyət yoxdur".

Xatırladaq ki, Husilər son həftədə Yəməndəki sahil boyu əraziləri ələ keçirib və ardınca Yəməndəki hökumət qüvvələrinə dəstək məqsədiylə onları havadan bombalayan Səudiyyə Ərəbistanını təhdid etməyə başlayıb.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR