İngiltərədə bir kəndin əhalisi səsverməyə getdi: "Böyük Britaniyadan ayrılırıq..."

İngiltərədə bir kəndin əhalisi səsverməyə getdi: \"Böyük Britaniyadan ayrılırıq...\"

DÜNYA

Bugün, 10:38

Böyük Britaniyada son həftələr bir-birinin ardınca ölkənin parçalanma cəhdinə dair xəbərlər artır.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu dəfə Krallığın tərkibində olan İngiltərənin kiçik bir kəndi yaxınlıqdakı keçmiş hərbi bazada 1000-dən çox immiqrantın yerləşdirilmə planlarına etiraz olaraq Birləşmiş Krallıqdan ayrılmaq üçün səsverməyə gedib.

Məlumata görə, Oksfordşirin Piddinqtonda keçirilən referendumda seçicilərin böyük əksəriyyəti prinsipcə öz müqəddəratını təyinetməyə səs veriblər.

Kənd Şurasının rəhbərinin müavini Suzanna Parden bildirib ki, səsvermədə 312 nəfər iştirak edib: "Bu da bülletenlərin təxminən 92 faizini təşkil edir.  Səsverməyə qatılanlardan 285 səs lehinə, 26 səs əleyhinə olub və 1 səs etibarsızdır. Referendum hökumətin kəndin yaxınlığındakı keçmiş hərbi baza olan Bicester Qarnizonunda 1250-yə qədər yetkin kişi immiqrantı yerləşdirmək planlarına cavab olaraq keçirilib".

Məlumat üçün qeyd edək ki, Oksford yeparxiyasının 358 əhalisi olan Piddinqtonda kilsə və kənd klubu olsa da, burada mağaza və poçt şöbəsi belə yoxdur.

Xəbərdə deyilir ki, kəndin keçirdiyi səsvermənin nəticəsinin də heç bir hüquqi çəkisi yoxdur: "Bu seçki sadəcə Böyük Britaniyada immiqrasiya prosesnə qarşı artan gərginliyin təzahürüdür..."

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR