ABŞ-a səfərə hazırlaşan Ərdoğan: "Çox kritik bir dövrə qədəm qoyuruq"

ABŞ-a səfərə hazırlaşan Ərdoğan: \"Çox kritik bir dövrə qədəm qoyuruq\"

DÜNYA

Bugün, 10:31

Türkiyə Prezident Ərdoğanın AK Partiyası Mərkəzi İcraiyyə Komitəsinin üzvləri ilə qapaılı toplantından maraqlı xəbərlər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda 1 oktyabrda başlayacaq "Terrorsuz Türkiyə" prosesi və konstitusiyaya dəyişiklik istiqamətində atəlacaq addımlar, o cümlən Ərdoğanın ABŞ-a planlanan səfəri müzakirə olunub.

Məlumata görə, Ərdoğan partiyadaşlarını bir çox məsələrlə bağlı məlumatlandırıb, onları xüsusiilə "Terrorsuz Türkiyə" prosesi barədə açqılamalarda ehtiyatlı olmağı tapşırıb.

Türkiyənin "Milliyet" qəzeti yazıb ki, üç saatlıq iclasda  Prezident Ərdoğan çox həssas dönəmdən keçdiklərini etiraf edib. O,  yeni dövrdə Parlamentin gündəliyində vacib məsələlərin olacağına diqqət çəkərək, partiya rəhbərliyinə və millət vəkillərinə işə diqqətlə yanaşlarını tələb edib: "Çox kritik - kövrək bir prosesə giririk. Buna görə də həssaslığınız səyləriniz qədər vacib olacaq. Yaxşı işləməliyik. Terrorsuz Türkiyə prosesinə qarşı təxribatlar mümkündür, biz onlara qarşı daha diqqətli olmalıyıq"

Qəzet yazır ki, iclasda digər gündəm maddəsi Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri olub. Onun ABŞ-a səfər çərçivəsində ABŞ lideri Trampla görüşü də iclasda müzakirə edilib.

Ərdoğan səfər proqramı barədə partiya funksionerlərini məlumatlandırıb və ilk gün çıxış edəcəyini və çoxsaylı ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR