AQRAR SIĞORTA FONDUNDA NÖQSANLAR: 2-3 il əvvəl fermerə ödənilən kompensasiyanın sənədləri indi niyə yada düşüb? - Ekspertdən şərh

AQRAR SIĞORTA FONDUNDA NÖQSANLAR: 2-3 il əvvəl fermerə ödənilən kompensasiyanın sənədləri indi niyə yada düşüb? - Ekspertdən şərh

İQTİSADİYYAT

Bugün, 09:56

"Torpağını buraxıb kənddən şəhərə, ölkədən köçməyib hələ də məhsul istehsal edən, kəndin bərbad kommunal və infrastruktur xidmətlərinə baxmayarq hələ də istehsalını davam etdirən fermerlər məmləkətin ən fədakar insanlarıdırlar. Amma son illərdə bürokratik əngəllər, sənədləşmə süründürməçiliyi bu təbəqəni yorub əldən salır".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, Şəki-Zaqatala bölgəsindən tanıdığı bir nəfəri yazıb ki, sığorta qurumu (Aqrar Sığorta Fondunu yəqin nəzərdə tutur -Mia.az) 2-3 il əvvəl dənli bitkilərə təbii fəlakətin vurduğu ziyana görə kompensasiya ödədiyi fermerlərdən istifadə etdikləri toxumun alış qaiməsini, əks halda sığorta ödənişinin geri qaytarılmasını tələb edir:

RÖVŞƏN AĞAYEV

"Azərbaycanda kənd təsərrüfatı müəssisələrindən fərqli olaraq fərdi fermerlərin, ailə təsərrüfatlarının mühasibat uçotu aparmaq, qaimə tipli sənədləri saxlamaq kimi öhədliyi yoxdur. Əgər yoxdursa, deməli, hansısa sığorta şirkətinin də belə tələb irəli sürməsi hüquqi deyil..."

FUAD SADIQOV

Xatırladaq ki,  Hesablama Palatası Aqrar Sığorta Fondunda yoxlama aparıb və bu günlərdə yoxlamanın nəticələri müzakirəyə çıxarılmışdı. Həmin müzakirədə müvafiq qərarlar qəbul olunub,  Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqova nöqsanları aradan qaldırmaq və zəruri tədbirləri görmələri üçün vaxt verilib.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR