RUSİYA BU ÖLKƏNİN HELİKOPTERİNƏ ATƏŞ AÇDI, GƏRGİNLİK YARANDI - NATO və Avropa İttifaqından Moskvaya ard-arda sərt xəbərdarlıqlar

RUSİYA BU ÖLKƏNİN HELİKOPTERİNƏ ATƏŞ AÇDI, GƏRGİNLİK YARANDI - NATO və Avropa İttifaqından Moskvaya ard-arda sərt xəbərdarlıqlar 

GÜNDƏM

Bugün, 00:29

Rusiya ordusu Danimarkanın hərbi helikopterini yaxınməsafəli raketlərlə "hürküdüb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Rusiya ordusu Gedser sahillərində beynəlxalq sularda adi missiyanı yernə yetirərkən Rusiya freqatından atılan iki alov atəşinə məruz qalıb.

Məlumata görə, alov atəşlərindən biri helikopterin çox yaxınlığından keçib: "Lakin helikopterə heç bir zərər dəyməyib".

Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Rusiyanın təhdid xarakterli hərəkətini qəbuledilməz sayıb: "Bununla yanaşı, Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin Danimarka Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası verilib".

Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Leyen də hadisəni pisləyib. Bildirib ki, NATO qırıcıları tərəfindən Litva hava məkanına daxil olan pilotsuz təyyarənin vurulması və Danimarkadakı hadisənin tək səbəbkarı Rusiyadır: "Bu, Rusiyanın Avropaya qarşı təcavüz və təxribat siyasətinin tərkib  hissəsidir"

NATO sözçüsü Allison Hart isə deyib ki, Danimarkanın hadisə barədə müttəfiqlərini məlumatlandırıb: "Rusiyanın hərəkəti məsuliyyətsizlikdir. Moskva bununla NATO müttəfiqlərini qorxutmaq istəyir. Lakin Rusiya növbəti dəfə uğursuzluğa düçar olub və olacaq. Biz ərazimizi qorumağa və Ukraynanı dəstəkləməyə davam edirik."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR