Yaponiyanın yeni PUA-sı dənizdə yoxa çıxıb

Yaponiyanın yeni PUA-sı dənizdə yoxa çıxıb

DÜNYA

Bugün, 00:15

Yaponiya Hava Qüvvələrinə məxsus  "Global Hawk" pilotsuz kəşfiyyat dronu Yapon dənizində yoxa çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hava Özünümüdafiə Qüvvələrinə məxsus "Global Hawk" PUA-sı yerli vaxtla saat 13:00 radələrində Tottori prefekturası sahillərindən təxminən 50 kilometr məsafədə uçarkən qəfildən gözdən itib: "Yaponiya Sahil Mühafizəsi Tottori yaxınlığında axtarış əməliyyatları zamanı dəniz səthində dron qalıqlarına bənzər cisim aşkarlayıb. Lakin onun qeyd edilən drona aid olub-olmaması dəqiqləşdirilməyib".

Məlumatda deyilir ki, Yaponiya ordusunun sərəncamında cəmi 3 "Global Hawk" kəşfiyyat təyyarəsi var: "Təxminən 15 metr uzunluğunda, 40 metr qanad açısında və 5 metr hündürlüyündə olan "Global Hawk" pilotsuz kəşfiyyat təyyarəsi təxminən 36 saat fasiləsiz uça bilir. Bu PUA müşahidə və kəşfiyyat (ISR) məlumatları toplamaq sahəsində ən üstün dronlardan sayılır".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR