İrandan Azərbaycana 84 kiloqramdan çox narkotik keçirmək istəyiblər

İrandan Azərbaycana 84 kiloqramdan çox narkotik keçirmək istəyiblər

KRİMİNAL

Bugün, 12:53

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazisində 84 kiloqram 300 qram narkotikin və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Mia.az xəbər verir ki, bu barədə  DSX məlumat yayıb.

Bildirilib ki, sentyabr ayının 10-da saat 01:35-də "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, saat 03:39-da isə "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 29 kiloqram 900 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR