Agentliyin əməkdaşı Xocalıda minaya düşüb - AÇIQLAMA (YENİLƏNİB)

Agentliyin əməkdaşı Xocalıda minaya düşüb - AÇIQLAMA (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 09:54

Sentyabrın 10-da Xocalı rayonunun Daşkənd kəndi ərazisində  mina partlayıb.

Mia.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir".

***

Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB mlumat yayıb.

Bildirilib ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Hazırda əməliyyat icra olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR