Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"

Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: \"Bütün ox sonda çökəcək\"

GÜNDƏM

Bugün, 00:34

İsrail Baş naziri Netanyahu müdafiə naziri İsrael Katz və yüksək rütbəli komandirlərlə birlikdə ötən gün Suriyadakı Hermon dağına qalxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dağda hərbçilərin qarşısında açıqlama verən Netanyahu İsrailin təhlükəsizliyini təhdid edən hər kəsə qarşı ən sərt qaydada davranacaqlarını bəyan edib.

O, Dəməşq, Livan və Qolan təpələrindəki vəziyyətə toxunan Netanyahu bildrib ki, İsrail Hermondan Yərmuk çayına və Aralıq dənizinə qədər uzanan bölgə üzərində görünməmiş bir nəzarət yaradıb: "İndi qarşmızda duran əsas vəzifə İrandakı rejimi məğlub etməkdir. Biz buna çox yaxınıq. Bütün ox sonda çökəcək. Biz bunu etməyə qərarlıyıq və edəcəyik”.

Xatırladaq ki, İsrail ordusu 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1974-cü il "Gərginliyin Azaldılması Sazişi" çərçivəsində Suriya tərəfindəki Hermon dağını və bufer zonasındakı bəzi nöqtələri işğal edib.

Tahir Şəlvvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR