Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR

Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR

İQTİSADİYYAT

09.09.2026, 22:06

Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslər üçün yeni qayda tətbiq olunacaq.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib.

Yeni qaydaya əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə həm kağız, həm də elektron formada təqdim edilə bilər.

Əl yükündə və ya baqajda kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim edəcək.

Bəyannamədə müəyyən edilmiş güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, eləcə də ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların göstərilməsi nəzərdə tutulur.

Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamə tətbiq ediləcək.

Dəyişiklik çərçivəsində bəyannamə formalarının 10 və 12 nömrəli əlavələri də yenilənib.

Qərar imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.

***

Azərbaycana idxal edilən konyak, viski, rom, cin və ardıc tinkturası, vodka, likörlə, araq üçün gömrük rüsumu dəyişib.

Mia.az-ın məlumatına görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Ölkəyə idxal edilən bu alkoqollu içkilər üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15 faiz, lakin 1 litrinə 4,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda bu içkilərin 1 litri üçün idxal gömrük rüsumu 2 ABŞ dollarıdır.

Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR