Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
GÜNDƏM
Bugün, 15:31
Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi, vahid yanaşmanın formalaşdırılması və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib.
Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Məhkəmə Ekspertlərinin Reyestri məhkəmə ekspertləri haqqında məlumatların vahid məlumat bazasında toplanmasını, sistemləşdirilməsini və ictimaiyyət üçün əlçatanlığını təmin edən elektron informasiya resursudur. Reyestr Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.
Reyestrin aparılması Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları" ilə tənzimlənir.
Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin (justice.gov.az), eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin (expert.gov.az) rəsmi veb-saytlarında yerləşdirilib.
Reyestrdə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertləri barədə məlumatlar əks olunur. Müdafiə Nazirliyinin məhkəmə ekspertlərinə dair məlumatların Reyestrə daxil edilməsi üzrə işlər davam etdirilir. Həmçinin ölkədə özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanıldıqda müvafiq şəhadətnamə almış özəl məhkəmə ekspertləri barədə məlumatlar da Reyestrə daxil ediləcək.
Reyestrdə məhkəmə ekspertlərinin ad, soyad və ata adı ilə yanaşı, təhsili, ixtisası, attestasiyası, iş stajı, şəhadətnamələri və peşə fəaliyyəti ilə bağlı digər məlumatlar yer alır. Bu isə ekspertlərin peşə hazırlığı və səlahiyyətləri barədə etibarlı məlumat əldə edilməsinə, habelə məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və etimadın artırılmasına xidmət edir.
"Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun tələblərinə əsasən, yalnız Reyestrə daxil edilmiş şəxslər məhkəmə eksperti qismində fəaliyyət göstərə bilərlər. Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Reyestr vasitəsilə məhkəmə ekspertləri barədə məlumatların (ixtisasları, şəhadətnamələrinin qüvvədə olub-olmaması və s.) axtarışı və əldə olunması elektron qaydada həyata keçirilir.
Məhkəmə Ekspertlərinin Reyestrinin istifadəyə verilməsi məhkəmə ekspertizası sahəsində şəffaflığın artırılmasına, ekspert fəaliyyətinə ictimai etimadın möhkəmləndirilməsinə, habelə vətəndaşların və aidiyyəti qurumların məhkəmə ekspertləri barədə məlumatlara operativ çıxışının təmin edilməsinə xidmət edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ərdoğan Avropa çempionu olan yığma komanda üzvlərini qəbul edib
Bugün, 18:00 İDMAN
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittiham... (Yenilənib)
Bugün, 17:53 KRİMİNAL
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 17:43 İQTİSADİYYAT
-
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Bugün, 17:43 GÜNDƏM
-
İspaniya və Fransada güclü yanğın... - Türkiyə dörd yanğınsöndürmə təyyarəsi göndərdi
Bugün, 17:20 DÜNYA
-
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın ilk iclası bu tarixdə keçiriləcək
Bugün, 17:15 İQTİSADİYYAT
-
Cahid İsayevə hökm oxundu
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Fondun yeni sədri kollektivə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən
Bugün, 16:49 GÜNDƏM
-
Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi
Bugün, 16:34 DÜNYA
-
Anar Əsədlinin şikayətinə "yox" deyildi
Bugün, 16:25 SİYASƏT
-
Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?
Bugün, 16:11 İQTİSADİYYAT
-
Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə yazır
Bugün, 15:47 YAZARLAR
-
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
Bugün, 15:31 GÜNDƏM
-
Mənsur Yavaş CHP-ninn tədbirinə qatılmaqdan imtina etdi
Bugün, 15:20 SİYASƏT
-
İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."
Bugün, 15:07 DÜNYA
-
Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."
Bugün, 14:58 İQTİSADİYYAT
-
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Bugün, 14:51 CƏMİYYƏT
-
“Quyruğumu basanın başından basacağam” - Telli Borçalı
Bugün, 14:39 ŞOU-BİZNES
-
Türk Hava Yolları məşhur futbol klubunun əsas sponsoru oldu - Beş ildə kluba fantastik məbləğ xərclənəcək
Bugün, 14:33 İDMAN
-
TƏBİB-in icraçı direktoru özünə müşavir götürüb
Bugün, 14:28 CƏMİYYƏT
-
Prezident sərəncam imzaladı, Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
Bugün, 14:06 PRESS
-
QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
Bugün, 13:58 CƏMİYYƏT
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 GÜNDƏM
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA