Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi

Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, \"PAŞA Holdinq\"in rəsmisini yüksək vəzifəyə gətirdi

GÜNDƏM

Bugün, 12:09

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İH-nin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumatda deyilr ki, Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədov Holdinqin İdarə Heyətinin sədrinin təqdimatına əsasən, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə edilib.

Qərardan irəli gələrək Holdinqin İH-nə müvafiq tapşırıqlar verilib.

D.Sədullayev həm də "PAŞA Holdinq" MMC-nin baş direktorunun müavini və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") prezidentidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR