Tərtərdə istixana işçisi güllələnib

Tərtərdə istixana işçisi güllələnib

KRİMİNAL

Bugün, 12:54

Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib.

1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb. Nəticədə o, hər iki ayağından xəsarət alıb.

Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR