Gəncənin 10 ildən artıqdır unudulan yolu: Sakinlər çala-çuxurları özləri doldurur, məmurlar isə... - VİDEO
CƏMİYYƏT
Bugün, 00:07
Gəncənin mərkəzə yaxın ərazisində bir yol var ki, onun vəziyyəti artıq sadəcə yol problemi deyil, uzun illərdir həll olunmayan biganəliyin göstəricisinə çevrilib.
Mia.az xəbər verir ki, söhbət Gəncə şəhərində KTV-nin yaxınlığında, sakinlərin “Türkün pivonoyu” adlandırdığı ərazidə, avtomobillərin artezian suyu doldurduğu məntəqənin, Fikrət Əmirov adına parkın yaxınlığında yerləşən dördyoldan gedir. Yolun yaxınlığında böyük parkın yerləşməsi də həmin ərazidə hərəkətin kifayət qədər intensiv olduğunu göstərir.
Ən təəccüblüsü isə odur ki, bu yolun vəziyyəti 10 ildən artıqdır dəyişmir. Yol çala-çuxur içərisindədir, asfalt örtüyü demək olar ki, sıradan çıxıb. Sürücülər hər gün avtomobillərini bu çuxurlardan keçirməyə məcbur olurlar.
Vəziyyət o həddə çatıb ki, sakinlər artıq problemi öz imkanları hesabına həll etməyə çalışırlar. Evlərində təmir aparan insanlar gips, beton və digər tikinti qalıqlarını gətirib yoldakı çala-çuxurlara tökürlər ki, heç olmasa avtomobillər keçə bilsin. Ancaq bu “təmir” bir neçə gün davam edir və yol yenidən əvvəlki vəziyyətinə qayıdır.
Bu mənzərə bir çox suallar doğurur: Bir şəhər yolunun təmirini sakinlər öz üzərinə götürməlidirlərmi? İnsanlar nə vaxta qədər evlərindən çıxan tikinti tullantıları ilə şəhərin yollarını düzəltməyə çalışacaqlar?
Yolun vəziyyəti avtomobil sahiblərinə də ciddi ziyan vurur. Dərin çala və çuxurlardan məcburi keçid avtomobillərin asqı sisteminin, təkərlərinin və digər hissələrinin sıradan çıxmasına səbəb olur.
Yağışlı havalarda isə problem daha da böyüyür. Çuxurlar su ilə dolur və yol gölməçəyə çevrilir. Sürücü isə suyun altında hansı çuxurun və nə qədər dərin olduğunu görə bilmir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Lakin illərdir nəticə yoxdur. Əgər müraciətlər həqiqətən aidiyyəti şəxslərə çatdırılıbsa, o zaman ortaya daha ciddi sual çıxır: Nə üçün bu qədər uzun müddət ərzində bir yolun təmiri mümkün olmayıb?
Xüsusilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının təsərrüfat məsələləri üzrə müavini Kamran Məhərrəmovun və Gəncə Şəhər MKTİB-nin rəhbəri Nurməhəmməd müəllimin eyş-işrətdən başları açılmır, nəticədə onların diqqətinə çatdırılan bu problemin hələ də həll edilməməsi sakinlərin haqlı narazılığına səbəb olur.
Sakinlərin istədiyi nə xüsusi imtiyaz, nə də qeyri-adi bir tələbdir. Onlar sadəcə yaşadıqları şəhərdə normal və təhlükəsiz yoldan istifadə etmək istəyirlər.
Gəncə böyük və qədim şəhərdir. Şəhərin müxtəlif hissələrində abadlıq və quruculuq işləri aparıldığı halda, mərkəzə yaxın ərazidə bir yolun 10 ildən artıq müddətdə bu vəziyyətdə qalması ciddi şəkildə araşdırılmalıdır.
Aidiyyəti qurumların və xüsusilə şəhərin təsərrüfat sahəsinə cavabdeh şəxslərin bu məsələyə münasibət bildirməsi, yolun yerində araşdırılması və nəhayət, problemin köklü şəkildə həll edilməsi gözlənilir.
Sakinlər artıq vəd deyil, nəticə gözləyirlər. Bu yolun daha neçə il belə qalacağı isə açıq sual olaraq qalır.
F.Səfərli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
PJAK İranda bir kəndə qəfil hücum edib - Yaralılar var
Bugün, 00:56 GÜNDƏM
-
Türkiyə Super Liqası: "Beşiktaş" 6 qol atdı, "Trabzonspor" isə...
Bugün, 00:44 İDMAN
-
Rusiya ordusu Kiyev və Odessaya zərbələr endirib
Bugün, 00:34 DÜNYA
-
Ərdoğan təhqir edən bloger saxlanıldı
Bugün, 00:20 PRESS
-
"Liverpul" yeni futbolçu aldı - 123 milyon funt sterlinqə
Bugün, 00:19 İDMAN
-
İran ABŞ-ın daha bir nəhəng PUA-sını vurub
Bugün, 00:15 DÜNYA
-
Gəncənin 10 ildən artıqdır unudulan yolu: Sakinlər çala-çuxurları özləri doldurur, məmurlar isə... - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirilib - FOTOLAR
Bugün, 00:04 SİYASƏT
-
"Əl Hilal" Karim Benzemanı qovdu
Bugün, 00:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
31.08.2026, 23:05 İQTİSADİYYAT
-
“Expargo” kargo şirkəti vətəndaşa kələk gəlib - Şikayət var
31.08.2026, 21:28 İQTİSADİYYAT
-
Nigeriyada kütləvi qətliam: kəndlilər öldürüldü
31.08.2026, 21:08 DÜNYA
-
MEDİA: "Azərbaycanla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib"
31.08.2026, 20:50 PRESS
-
Bakı və Abşeron yarımadasında dolu yağacaq
31.08.2026, 20:49 GÜNDƏM
-
Prezident onlarla ayaqüstü söhbətləşdi: Putin, Şərif və... - FOTOLAR (Yenilənib)
31.08.2026, 20:32 GÜNDƏM
-
"Mən özümlə gətirmişəm" - İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib + FOTO, VİDEO
31.08.2026, 19:50 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri bir arada - Bişkekdə + FOTOLAR (Yenilənib)
31.08.2026, 18:49 GÜNDƏM
-
Azərbaycan, Türkiyə, Özbəkistan, İran prezidentləri və ailə üzvləri bir arada - FOTOLAR
31.08.2026, 18:38 GÜNDƏM
-
"Biz onlara sərt zərbə endirəcəyik" - Tramp İrana cavab veriləcəyini deyir
31.08.2026, 18:16 GÜNDƏM
-
Sumqayıtda 71 yaşlı kişi oğlunu bıçaqladı
31.08.2026, 18:00 KRİMİNAL
-
Magistraturaya boş qalan plan yerləri: nəticələr elan olunub
31.08.2026, 18:00 GÜNDƏM
-
Millinin qadın məşqçisi öldürüldü - FOTOLAR
31.08.2026, 17:49 KRİMİNAL
-
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTOLAR
31.08.2026, 17:40 İQTİSADİYYAT
-
Bişkekdə İlham Əliyevlə Tokayev görüşüb - FOTOLAR
31.08.2026, 17:11 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
31.08.2026, 17:00 İQTİSADİYYAT
-
Mətbuat katibi vəzifədən getdi: "Mənə müraciət edən heç kimi geri çevirmədim"
31.08.2026, 16:49 PRESS
-
Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib
31.08.2026, 16:44 GÜNDƏM
-
Zaqatala, Qax, Balakən və Şəkidə Amerika ağ kəpənəyi yayılıb
31.08.2026, 16:44 CƏMİYYƏT
-
İcra Hakimiyyətindəki rüşvət mexanizmindən yazan jurnalistlə görüş oldu: "İcra başçısının da iştirak etdiyi söhbətlər..." - "Söz verdilər ki..." (YENİLƏNİB)
31.08.2026, 16:21 CƏMİYYƏT
-
Məkkə sazişi üzrə ilk iclas: ittifaqı adı açıqlandı - Türkiyə XİN başçısı bölgə ölkələrinə "qapımız açıqdır" mesajı verdi + FOTOLAR (YENİLƏNİB)
31.08.2026, 16:13 GÜNDƏM
-
Azərbaycanlının restoranı vurulub - Kiyevdə + FOTO
31.08.2026, 16:03 GÜNDƏM
-
"O vaxtdan məni baltalamağa başladı" - İki məşhurun davasının kökü toya gedib çıxır
31.08.2026, 15:48 ŞOU-BİZNES
-
“Nar”ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı
31.08.2026, 15:48 GÜNDƏM